22 Noyabr 2024 - 22
İmam Hüseyn (ə) hərəkatı misli görünməmiş elə bir hərəkatdır ki, həm o dövrün, həm də bu dövrün insanları bu hərəkata borcludur. Bu dövr insanlarının hərəkata olan borcu bu hadisənin düzgün tarixini, səbəb fəlsəfəsini, hədəf və ideloji əsalarını qorumaq, öz həyatını və əqidəsini bu prinsiplər əsasında qurmaqdan ibarətdir. İnsanlıq, böyük ictimai rezonans doğuran, bu rezonansla tağutun təməlini sarsıdan və onu əbədi lənətə duçar edən İmam Hüseyn (ə) hərəkatına borcludur.
Niyə məhz İmam Hüseyn (ə) ?
Ayətullah Seyid Əli Xamenei özünün “250 yaşlı insan” kitabında bu mətləbə toxunaraq belə bəyan edib:
Əgər əziz Peyğəmbərin (s) relsə saldığı bu qatarı (islami hökümət, islami qanunlar, islami cəmiyyət) bir əl, yaxud hadisə relsdən çıxarsa, onda vəzifə nədir? Əgər İslam cəmiyyəti yoldan yayınaraq bütün İslamın və İslam maarifinin təhrifi təhlükəsi yaranma həddinə çatsa, vəzifə nədir? Peyğəmbər (s) vəzifənin nə olduğunu buyurub.
Quran da belə buyurub:
"Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər" (Maidə 54).
Allahın bu hökmü cəmiyyətin yoldan çıxdığı zaman icra oluna bilər. Allahın cəmiyyətin yoldan çıxdığı zaman üçün təyin etdiyi hökmü var.
-Allah heç bir insanı hadisə qarşısında vəzifəsiz qoymur-
Yaxşı, bu hökmü kim yerinə yetirib vəzifəni icra etməlidir? Peyğəmbərin (s) canişinlərindən biri, lakin bu şərtlə ki, şərait münasib olsun. Çünki Allah faydası olmayan işi vacib etmir. Şərait münasib olmasa, nə etsələr, faydasız olar və təsir bağışlamaz. Şərait əlverişli olmalıdır. Şəraitin əlverişli olmasının da xüsusi mənası var. Deyə bilmərik ki, təhlükə varsa şərait münasib deyil. Xeyr, söhbət bundan getmir. Şərait münasib olmalıdır, yəni insan bilməlidir ki, bu işi gördükdə nəticə hasil olacaq, söz xalqa çatdırılacaq, xalq başa düşüb səhv etməyəcək. Bu, kiminsə əməl etməli olduğu həmin vəzifədir. İmam Hüseynin (ə) dövründə sözügedən sapqınlıq və bu vəzifəyə münasib şərait yaranmışdı. Deməli, İmam Hüseyn (ə) Allahın vacib buyurduğu əməli yerinə yetirməli idi...
Y.Nuriyev