25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

İmam Hüseyn (ə) “İŞİD”-lə döyüşürdü
24.08.2018

Müsəlmanlar arasındakı ilkin ixtilafın əsası Allah Rəsulu (ə) dünyadan köç etdikdən sonra başladı. Bu ixtilaf həm elmi-şəri məsələlərdə, həm də siyasi müstəvidə özünü göstərməyə başladı. Bunun da nəticəsi olaraq səhabələr arsında müxtəlif siyasi baxışların əsasları qoyuldu.

Allah Rəsulunun (s) vəfatından sonra 25 il evə çəkilən, yalnız zəruru hallarda ictimai-dini məsələlərə müdaxilə edən Əli (ə) xəlifə Osmanın öldürülməsindən sonra camaatin təkidi ilə xilafət məqamına oturdu. Dörd il doqquz ay hakimiyyətdə olan Əli (ə) demək olar ki bu illəri ancaq müharibələrdə oldu. Həm də daxili müharibələr. Həzrəti Əlini (ə) ən çox məşğul edən Müaviyyə olub. Xəlifə Ömər bin Xəttab tərəfindən Şama vali təyin edilən Müaviyyə orada öz hakimiyyətini elan edib Əli (ə) ilə müharibələrə başladı və Həzrəti Əlinin (ə) xəvaric tərəfindən şəhid edilməsindən sonra onun hökümətinin əhatə dairəsi genişlənib tam İslam xilafətini əhatə elədi.

Diqqət etsək görərik ki, Müaviyyə öz hökmranlığını Şamdan başladı. O bu iş üçün neçə illərini sərf etdi və yeni düşüncəli, yeni təfəkkürlü, həqiqətlərdən bi xəbər, xilafətin digər bölgələrindən təcrid olunmuş bir nəsilin formalaşmasına nail oldu. O islamı şamlılara istədiyi kimi təbliğ elətdirir, saxta hədislər yazdırır, qoca satqın səhabələri öz ətrafına toplayır və yeni islamı təfəkkürün əsasını qoyurdu. Təbii ki bütün bunlar öz hakimiyyətinin nöhkəmlənməsi və istədiyi zamanda həmin küt beyinli insanlardan istifadə edib xilafətə tam nəzarəti ələ keçirmək üçün idi. Necə ki Müaviyyə İmam Əliyə olan məktublarının birində yazır: Sənin üzərinə çərşənbə günü cümə namazı qıldırdığım bir ordu ilə gəlirəm.

Bu da onu göstərir ki, Müaviyyə artıq təbliğatlarının nəticəsini görməyə başlayırdı. Artıq onun kütbeyin, Peyğəmbər ailəsini tanımayan, Quranı istədiyi kimi təfsir edən, zahirən ibadət əhli olan lakin qəlblərində ibadət ruhu olmayan, baş kəsən, Peyğəmbər ailəsinin və dostlarının qanını içən və bunu savab, dini bir vəzifə bilən bir ordusu var idi. Necəki Kərbəlada İmam Hüseyni (ə) qətl edəndə xarici, kafir, yad elli deyib cumdular malını və çadırlarını qarət etməyə. Orada olanların əksəriyyəti imamı tanımırdı. Elə bilirdilər xaricidir. İmam döyüş öncəsi xütbə oxuyub özünü tanıtdırmaq istəyəndə fəallar səs-küy salırdılar ki, qoşun imamın sözünü eşitməsinlər.

Beləcə özlərini cihadçı, mücahid, mömin, Peyğəmbər (s) davamçısı, Quranı bilən, oruc tutan, əxlaq və təqvadan danışan bir zümrə (dəstə) Həzrəti Əlinin, İmam Həsənin, İmam Hüseynin və onların dostlarının qanına bais oldular. Nə qədər Əhli Beyt nəslindən seyyid, onların dostlarını, təqvalı müsəlman qətlə yetirdilər. Bu minvalla atasından sonra Yezid və digər Əməvi hökmdarları 100 ilə yaxın xilafətdə oldular.

Müaviyyənin 1400 il bundan qabaq Şamda əkdiyi toxumu bu gün maraqlı qüvvələr yenidən bəsləyib, becərdib, yetişdirib dünyaya, xüsusəndə İslam ümmətinə bir “hədiyyə”olaraq bəxş etdilər. Yenə də zahirən islamçı, Quranı öz rəyinə əsasən təfsir edən, oruc tutan, təqvadan danışan, məscidlərə gedən, sözlərində Qurana və hədislərə istinad edən, Ramazan ayında dəqiqələr güdən, lakın təkfir edib baş kəsən, özlərini, uşaqları, qadınları, məktəbləri, bazarları partladan, qan tökən və bu əməllərini cihad adlandırıb Allahın da razı olduğunu deyən bir radikal, kütbeyin və sivlizasiyanı qəbul etməyən bir zümrəni ortaya çıxartdılar.

Y.Nuriyev /islaminsesi/