21 Noyabr 2024 - 21
Sual: Həzrət Abbasın anası Ümmül-Bənin nə üçün Kərbəlada iştirak etmədi?
Cavab: Həzrət Ümmül-Bənin İmam Əlinin (ə) həyatyoldaşı və Həzrət Abbasın (ə) anası şiə məktəbində xüsusi məqama malik olan şəxsiyyətlərdəndir.
Ümmül-Bənin imamət və vilayət məqamını dərk edən xanımlardan biridir.
İmam Əli (ə) Ümmül Bəninlə evlənməsi dastanı bu cürə olub ki, Əli (ə) böyük qardaşı olan Əqillə məsləhətləşdi ki Fatimənin şəhadətindən sonra kiminlə evlənə bilər. Çünki imamın qardaşı ərəb tayfalarını tanımaqda sayılı şəxsiyyətlərdən idi. İmam qardaşının məsləhəti ilə Kəlabiyyə tayfasından olan Fatimə adlı xanımla evləndi.
Həzrət Abbasın anası adının çağırılmasında başqa ləqəblə çağırılmasını xahiş etdi. İstəyinin səbəbi bu idi ki, Həsəneyn (ə) Fatimə adını eşitməklə ana qəmləri təzələnməsin. İmam da bu xanımı Ümmül Bənin övladlar anası olaraq çağırardı.
Həzrət Ümmül-Bəninin 4 oğlu oldu: Abbas, Abdullah, Cəfər və Osman ki Kərbəla şəhidləri olaraq tarixə düşdülər.
Amma sualımızın cavabı ki, nə üçün Ümmül-Bənin Kərbəlada iştirak etmədi? Bu məsələ haqda cavab vermək üçün tarixi sənədli cavab tapmaq olmur. Ümmül Bəninin kərbəlaya gəlməməsi iki haldan xaric deyil: 1 Hansısa məsləhətə görə Mədinədə qalması onun getməməsinə mane oldu. 2 Və ya İmam Hüseynin (ə) əmri ilə bu addımı atmışdır ki, övladlarının şəhidliyini görüb anaları dərd çəkməsin.
Həzrət Ümmül Bəninin haqqında tarixi məlumatlarımız yox həddədir. Hətta o xanımın dünyadan getmə ili belə tarixdə qeyd olunmamışdır.
Ümmül-Bəninin uca məqamı haqqında O xanımın Həzrət Zeynəbin əsirlikdən Mədinəyə qayıtdığı zaman olan danışığıdır. Həzrət Zeynəb (ə) Qəmli karvanla Mədinəyə qayıdanda Ümmül-Bənin ondan soruşdu ki, Hüseynim haradadır? Cavabında İmamın şəhadətə çatdığı xəbərini eşitdi. Ümmül-Bənin belə buyurdu: "Ey Kaş! Bütün övladlarım Hüseynə fəda olaydı, Yer üzündə hər nə varsa fani olaydı amma Hüseyn diri qalardı."
Ümmül-Bənin Kərbəla hadisəsindən sonra Bəqi qəbristanlığında Hüseynin (ə) şəhadətinə ağlayardı və Mədinə əhli onunla həmsəda olub nalə çəkərdilər. sualcavab.
Mgeo.ge