22 Noyabr 2024 - 22
İmam Sadiq (ə) Səfvana buyurur: “Aşura ziyarətini oxu və onu qoru. Həqiqətən, mən onun oxucusuna bir neçə şeyi zəmanət verirəm.
1. Ziyarəti qəbul olar.
2. Səy və çalışmaları mükafatlandırılar.
3. Hacəti nə olursa-olsun, Allah tərəfindən qəbul olar. Allah dərgahından naümid qayıtmaz.
Sonra buyurur: “Ey Səfvan! O zaman ki, Allahdan hacət istəmək istəsən, bu ziyarət vasitəsilə o həzrətə diqqət et. Hər halda olursan-ol, bu duanı oxu və hacətini Pərvərdigardan istə ki, yerinə yetər. Allah öz vədəsinə sadiqdir”.
Bəli, o kəsin ki, hacəti böyük olar, 40 gün bu ziyarəti oxumaqla hacəti yerinə yetər. Bir çox ariflərin təcrübəsi bunu təsdiq edir.
Şeyx Ənsarinin nəvəsi olan Mərhum Şeyx Murtəza haqqında deyirlər ki, gündə iki dəfə bir səhər və bir də əsr vaxtı onu oxuyardı. Vəfat edəndən sonra bir nəfər onu yuxuda görür və halını soruşur. O, üç dəfə buyurur: “Aşura, Aşura, Aşura”.
Mirzə Qumi böyük bir insan idi. Heç vaxt gecə namazını, Aşura ziyarətini və camaat namazını tərk etməzdi. Məscidə getmədiyi zaman isə həyat yoldaşı və uşaqları ilə camaat namazı qılardı. Çox insaflı bir insan idi. Müsəlmanların islah edilməsində qəribə bir səy göstərərdi. Şəhərin hakimi göstəriş verir ki, ona aid bir məscid inşa etsinlər. O, da həmişə cümə və camaat namazlarını bu məsciddə qılardı.
Şəhid Ayətullah Qudusi ismət və təharət nəslinə xüsusi eşq bəsləyərdi. Aşura ziyarətini və təvəssülü tərk etməzdi. İmam Hüseynin (ə) əzadarlıq mərasimlərində çox fəal olardı. O, buyururdu: “Əllamə Təbatəbayi Məhərrəm-Səfər əyyamını və Aşura ziyarətini tərk etməməyimizi vurğulayardı”.
Mərhum Qudusinin dostlarından biri yazır: “O, Aşura ziyarətinə riayət edərdi. O zaman ki, vəzifə daşıyırdı, mən yuxuda gördüm ki, Aşura ziyarətini oxumağın nəticəsində ona xüsusi bir elm verilmişdi. Ona bu məsələni deyəndə çox təsirləndi və buyurdu: “Bir müddətdir ki, tofiq əldə edə bilmirəm”. Bu da onun işlərinin çox olmasına görə idi. Ona görə bir müddət idi ki, bu ziyarəti oxumağa müvəffəq olmamışdı”.
Mərhum Mirzə Məhlati ömrünün son 30 ilində Aşura ziyarətini tərk etməzdi. O zaman ki, xəstə olur və oxuya bilmirdi, köməkçi tuturdu.
Şəhid Dəstiğeyb yazır: “Mərhum Ayətullah Hacı Şeyx Abdulkərim Hayiridən nəql edilir: "O zaman ki, Samirrada dini elmi təhsil alırdım, Samiranın əhalisi vəba və taun xəstəliyinə mübtəla olurlar. Hər gün bir neçəsi ölürdü. Bir gün mənzildə dayanmışdım. Bir neçə elm əhli toplaşmışdılar. Birdən Mərhum Mirzə Muhəmməd Təqi Şirazi təşrif buyurdu və söhbət vəbadan düşür və hamı bu xəstəliyə tutulmaq təhlükəsində idi. Mərhum Mirzə dedi: “Əgər mən bir hökm desəm, əməl edilər, yoxsa yox?" Hamı dedi ki, bəli. Buyurdu: "Mən hökm verirəm ki, Samirrada sakin olan Əhli-Beyt (ə) davamçıları bu gündən başlayaraq, on gün müddətində Aşura ziyarətini oxusun. Onun savabını Hüccət ibni Həsənin (ə) anası Nərcisə hədiyyə göndərsinlər ki, bu bəla onlardan uzaq olsun". Məclis əhli bu hökmü hamıya çatdırdılar. Hamı Aşura ziyarətini oxumağa başladı. Onun sabahısı günü Əhli-Beyt (ə) davamçılarından heç kim ölmür. Əhli-təsənnündən bəziləri bunun səbəbini öyrənəndən sonra onlar da Aşura ziayrətini oxumağa başladılar. Bəla onlardan da əl çəkir.
Mirzə Şirazinin Aşura əyyamında Kərbəladakı evində mərsiyə oxunardı. Aşura günü isə tələbə və alimlərlə bir yerdə İmam Hüseynin (ə) və Əbülfəzl Abbasın (ə) ziyarətinə gedərdilər. Mirzə adət etmişdi ki, hər gün bu ziyarəti oxusun. Sonra əzadarlıq məclisinə gedərdi. Alimlərdən biri deyir: “Bir gün Mirzə qəmgin və qeyri-adi bir halla məclisə daxil olur və buyurur: "Bu gün hzrətin susuzluğu müsibətindən oxuyun”.
/Erfan/Deyerler.org/