22 Noyabr 2024 - 22
Aşura gününün Qədirxumla oxşarlığı fövqəladədir. İkisində də İlahi vilayətin və İlahi imamətin mahiyyəti var. Bir dənə də ciddi fərqi var. Birində İlahi vilayətə gəlib beyət edənlərin kəmiyyəti çox idi keyfiyyəti az. Çox adam gəlir, az adam qalır. Birində kim gəlir sona qədər qalır. Kərbəla qəhrəmanları Hüseynin ardıcılları kim gəlir axıra qədər qalır. Birində gəlmişdilər ki, Əli padşah olacaqdı bunlar da padşahlıqdan bəhrə apacaqdılar. Kənarda qalmamaq üçün gəldilər ki, burada imtiyazlar olacaq, biz də adımızı gedək dəftərə yazdıraq.
İkinci də Aşurada bilirdilər lənətlik Yezid gəlir. Atası lənətlik Müaviyəni də hamı tanıyırdı. Oğlu atasından da betər. O heç olmasa nəfəslik qoymuşdu ki İlahi ruhiyyə yaşaya bu nəfəslikdə qoymur deyir hamı gəlib qılıncımın altından keçmılidir. Bu yerdə Hüseyn (ə) bunun mümkünsüzlüyünü elan edir. Hüseyn, Hüseyn olaraq gedib o qılıncın altından keçsə yəni İslamın fatihəsi verilmiş olar. Və İmam Hüseynə qoşulanlar bilirlər ki, Əba Abdullah bir yola çıxıb ki, bu yolun sonu şəhadətə qədər gedəcək. Və bunlar yol çıxanda qanları ilə imza atmağa çıxıblar. İslamı Qiyamət gününə qədər siğortalamaq üçün çıxıblar.
İlqar İbrahimoğlu