22 Noyabr 2024 - 22
Seyyid İqbal kitabında nəql edib - Hədisdə daxil olub ki, bu gecə çoxlu dua və namazlar var. Onlardan biri 2 rükət, 2 rükət qılınan 100 rükət namazdır. Hər rükətdə Fatihə və 3 dəfə İxlas surəsi oxunur. Hər 2 rükət bitdikdə bu zikr 70 dəfə edilir: subhənallahi vəlhəmdulilləhi və la ilahə iləllah vəllahu əkbər. Və la həvla və la quvvətə illa billəhil əliyyil əzim.
Hədisdə daxil olub ki, bu zikrin ardınca istiğfar da edilər.
Başqa nəql olunan namaz 4 rükətdir. 2 rükətli qılınır. Hər rükətdə Fatihə və 10 dəfə ayətəl kursi, ixlas, fələq, nas surələri oxunur. Və namazın salamından sonra 100 dəfə İxlas surəsi oxunur.
Başqa biri İmam Əlinin namazına muvafiq olan böyük savaba malik 4 rükətli namazdır. Hər rükətdə Fatihə və 50 dəfə İxlas surəsi oxunur. Seyyid Tavus nəql edir ki, namazı bitirdikdən sonra Allah zikr edilir. Rasulullah və Əhli Beytə salavat zikr edilir. Və düşmənlərinə lənət oxunur. Rəvayət olunur ki, bu gecə əhya saxlamaq böyük savaba malikdir. O cür ki, bütün ibadət edən bəndələrin və mələklərin 70 illik savabı əməl dəftərinə yazılar. İmam Hüseyni Kərbəlada ziyarət edəni isə Allah qiyamət günü İmam Hüseynin və şəhidlərin qanına boyanmış halda dirildər.
Kerbela.info