22 Noyabr 2024 - 22
"Aşura" ziyarətnaməsində zülmün əsasını qoyan bir sıra şəxslər lənətlənir: "Siz Əhli-beytə (ə) qarşı zülmün və sitəmin əsasını qoyanlara Allahın lənəti olsun!"
Kimdir zülmün əsasını qoyan bu şəxslər?
Təfsirçilərin nəzərinə müraciət edərkən, ayə və hədisləri araşdırarkən görürük ki, bunlar yəhudilərdir. Deyirlər ki, Əhli-beytə (ə) olunan zülmün təməlini qoyanlar yəhudilərdir. Nə vaxt? Bəli, məsələ də elə budur. Sanki, sizə deyirlər ki, İŞİD müsəlmanları qırır. Amma bir az ağılı iti şəxs olsa, soruşacaq ki, İŞİD-i kim yaradıb? Kim onları himayə edir? Baş kəsdiyi bıçaqlar hansı ölkənin istehsalıdır? Niyə Qunəytərədə İsrailin sərhəddinə yaxınlaşdılar, amma İsrailə tərəf bir dənə güllə belə atmırlar? Videolarda gördüyünüz kimi, niyə Netanyahu xəstəxanaya bunların görüşünə gedir? Düşüncəli insan lənət və bəraət məsələsində məsələnin kökünü görür.
Ziyarətnamədə "zülmün əsasını qoyanlar"dan söz açılır. Vallah, cahil ərəblər, Əhli-beytlə (ə) mübarizə aparmaq bacarığına malik deyildilər. Onlara yol göstərən bunlar (yəhudilər) idilər. Tarixdə gəlib ki, İmam Əlinin (ə) xilafətini qəsb edən şəxslərin birindən Həzrət Peyğəmbər (s) çox narahat idi. Çünki Mədinənin şimalında yerləşən "əl-Məskə" adlı yəhudi mədrəsəsinə gedərək onlarla görüşürdü, kəhanətlər və gələcəkdə baş verən hadisələr barəsində soruşurdu.
Hətta Peyğəmbər şəhid olan gün (mən peyğəmbərin kimlər tərəfindən şəhid edildiyi barədə çıxış etmişəm) bir şəxs yəhudilərin məclisində olan şəxsin çatması üçün cənazəni saxlayır. Bu şəxs yəhudilərdən son nəticələri öyrənmək üçün getmişdi...
Qüdrət əllərinə düşən kimi bu yəhudilər onların vəzirlərinə çevrildilər. Heç kəsin hədis nəql etməyə ixtiyarı olmadığı bir vaxtda zahirdə müsəlman kimi görünən və yəmənli hahamlardan olan Kəbul-Əhbar adlı yəhudinin hədis nəql etməyə icazəsi var idi.
"Zülm və sitəmin əsasını qoyanlar" deyərkən kimə lənət dediyini anla! Tarixdə və hədislərdə gəlib ki, həm Əmirəl-mömininin (ə) və həm İmam Hüseynin (ə) qətlində yəhudilərin əli olub. Hanı?! Bəs niyə görə bilmirik?! Bunun üçün Sercan adlı şəxsin kimliyini tanımalısan. Bunun üçün Aşura günü, məsələn cəsədlərin üzərindən atları çapmaq kimi göstərişlər vermək missiyasını daşıyan şəxsləri tanımalısan.
Çatdığım nəticəyə görə Mədinənin şimal yəhudiləri Bəni-Üməyyə ilə əlbir idilər. Çox maraqlıdır ki, bunların əslində yəhudilikdə qalmaları aydın məsələ olsa da, bir sıra yəhudi adətlərini öz aralarında saxlamışdılar. Müsəlman olmalarına baxmayaraq, köhnə yəhudilərin etdiklərini təkrarlayırdılar. Aşura günü qumar oynamaq, çalıb oxumaq və.s. Aşura günü oruc tuturdular. Sizcə, kef çəkmək istəyən şəxsin, həmin gün oruc tutması maraqlı deyil..? Bax bunlar, işarədən anlayanlar üçün bir koddur... Mən yəhudilik sahəsinin araşdırmaçısıyam. Yəhudilikdə "yom kipur" (Kipur günü) adlı müqəddəs hesab etdikləri bir gün var ki, həmin gün oruc tuturlar. Sizcə bu günün digər adı nədir? "Yom asura" yəni, "Aşura günü". Mənası "onuncu gün" deməkdir. Bu, yəhudilikdə Aşura gününə baxışdır. İslam gələndən sonra bu adət qadağan olunur.
Bəs nəyə görə, İslamın gəlişindən və hətta hicrətin 61-ci ilindən sonra bu qədər vaxt keçməsinə baxmayaraq, yenə də Bəni-Üməyyə oruc tuturdu? Çünki onlar öncəki dinlərində qalmışdılar.
Yezid barəsində bir neçə məsələyə toxunmaq istəyirəm. Mümkündür ki, başqa yerlərdə az eşitmisiniz. Yezid hicrətin hicrətin 25-ci və ya 26-cı ilində dünyaya gəlib. Yezid ibn Muaviyyə kimi tanındığından heç kim anasının kimliyinə diqqət yetirmir. Anasının adı Meysunə idi. Meysunə ərəb deyildi. Atası xristian, anası isə yəhudi idi. Meysunə deyirdi ki, mən ata və anamın dinləri arasında anamın dinini daha çox sevirəm. Muaviyyə bununla evlənəndən sonra Yezidə hamilə olan vaxt onu boşadı. Bu qadın qardaşlarının yanına qayıdır və Yezid bütövlükdə bibliya tərbiyəsi alır və İslam peyğəmbərinə heç bir imanı olmur.
Yezidin müşaviri Sercan Antiyahud adlı bir yəhudi idi. Sercanın ibn Ziyadla birbaşa əlaqəsi var idi və Yezidə nə edib-etməyəcəyi barədə göstərişlər verirdi. Muaviyyə Yezidə tapşırmışdı ki, hər kimlə müharibə edirsən et, amma Hüseyn (ə) ilə döyüşmə. Başqa birisi isə ona göstəriş verir ki, vuruş. O şəxs, niyə bu göstərişi verir?
Yəhudilərin kəhanətlərində Əhli-beyt (ə) barədə yazılıb və İmam Hüseyn (ə) adı da qeyd olunub. Məsələn Peyğəmbərimiz (s) dünyaya gəlməmişdən 70 il qabaq "Nubit heyelet" adlı və ərəbcəsi "Nübuvvətul-vələd" (Uşağın peyğəmbərliyi) olan bir kitab yazılır. O kitabdan məndə var. Orada yazılıb: "Fərat çayının yanında baş arxadan kəsiləcək, Allahın ən yaxşı bəndəsinin namusu rəngarəng xeymələrdən çıxarılaraq haramzadələrin gözü qarşısında qoyulacaq. Sümüklər, atların ayaqları altında qırılacaq". Həmişə mənim zehnimdə sual idi ki, nəyə görə böyük çuxur yerdə öldürülən şəxsi, planlaşdırılmış formada sonradan düz yerə çıxararaq üzərindən təzə nal vurulmuş atları keçirsinlər? Niyə? Çünki o kitabda yazılan reallaşmalıdır.
İmam Hüseynin (ə) şəhadətindən dərhal sonra Sercan adlı bu yəhudi Beytul-müqəddəsə gedib və orada bir kitab yazır. Həmin kitabda isbat etməyə çalışır ki, bizim Həzrət İslam peyğəmbərini (s) cin vurub.
Yezid şair idi və bir gün şərab içərkən ona müsəlman olduğu bildirilir və irad tutulur. O isə cavab olaraq bu şeri deyir: "Əgər bir gün Əhmədin dinində şərab haram olarsa, mən də İsanın dininə keçərəm" Bundan aydın nə istəyirsən?
Dr. Raefipur