21 Noyabr 2024 - 21
Görürsünüz qaydasız döyüş bütün dünyanın ekranlarında gedir. Dünya çıxardır iki nəfəri ora vururlar bir-birinin sümüyünü sındırırlar, al-qana bulaşdırırlar və xeyli də pul qazanırlar oradan. Sonra da gətirib qəhrəman elan edirlər, təltif edirlər dünyanın hər yerində. Heç kim də buna demir ki, pis işdir. Amma biz ki, sinəmizə vururuq deyirlər, bədəninizə əziyyət edirsiniz, haramdır. "Sinənizə vurub haram iş görürsünüz" sözünü deyənin məntiqinə baxın. Bəs bir boks səhnəsini ortaya qoyanda niyə etiraz etmirsiniz?
Biz sadə olaraq özümüzdən məsəl çəkdik. Amma bu məntiqin kökü İmam Hüseynin qiyamında idi ki, görürsünüz Aşura günü İmam Hüseyn danışanda qarşı tərəf məcbur olub təbil vururdular. Ömər Səd qışqırırdı vurun təbilləri. Niyə? İmam Hüseynin ikinci cümləsində qoşun silahlarını az qalırdı yerə atsın.
Hətta namaz qılanda mane oldular ki, burada qoşun dəstəsi görməsin ki, onlar namaz qılırlar. Çünki onları gətirəndə çoxuna demişdilər ki, qarşı tərəf kafirdir. Qoşun da görəndə İmam və dəstəsi namaz qılır, deyəcəkdilər: "Bunlar necə kafirdilər ki, namaz qılırlar?". Və mənim yanaşa bilmədiyim dərin məntiqlər var ki, o idi Aşuranı böyüdən.
Əhliman Rüstəmov