22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Dörd şəhid anası Ümmül Bənin (ə)
01.10.2018

İmam Əlinin (ə) dərrakəli həyat yoldaşı Hizam ibn Xalidin qızı Ümmül-Bənin bəni-Kilab qəbiləsinin şücaətli bir ailəsindən idi. İmam Əlinin (ə) qardaşı Əqil, o həzrət üçün elçilik etdi. Onun adı Fatimə idi. İmam Əlidən (ə) Abbas, Əbdullah, Cəfər və Osman adlı dörd övlad sahibi olduğuna görə ona Ümmül Bənin (oğullar anası) deyilirdi. Bu ana qəhrəman və igid oğullar yetişdirdi.

Tarixdə igidlik göstərmiş həzrət Abbas (ə) onun tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. Onun oğlanlarının hamısı Kərbəlada şəhid oldular. Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbiidir ki, qəlbi yandı və xüsusən oğlu Abbas (ə) üçün göz yaşı axıtdı.

Ancaq ruhiyyəsi o qədər güclü idi ki, bir şer dedi:

"Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum etdiyini görən kəs! Əlinin övladlarının hamısı şücaət cəngəlliyinin şirləridirlər. Eşitdim ki, Abbasın əlləri kəsildikdən sonra başına dəmir əmud vurub yarıblar. Əgər oğlumun əli olsaydı, kim döyüşmək üçün cürət edib ona yaxınlaşa bilərdi?"


Bəşir Mədinə şəhərinə gəlib Kərbəla xəbərlərini məsciddə camaata deyəndə Ümmül Bənin adamların arasından qabağa gəldi və Bəşirə ilk sözü bu oldu: Hüseyndən (ə) mənə xəbər ver.

Oğlanlarım və səma altındakıların hamısı İmam Hüseynə (ə) fəda olsun.

Bəşirdən İmam Hüseynin şəhid olmasını eşidəndə naləsi ucaldı və dedi: "Qəlbimin damarlarını qırdın".


Ümmül Bəninin Hüseynə (ə) olan sevgisi mənəviyyatının kamilliyinə bir dəlildir ki, rəhbəri yolunda övladlarının göstərdiyi fədakarlıqları unudaraq rəhbərindən söz açdı.


Mgeo.ge