21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) qiyamında hansı məqsədləri var idi?
08.10.2018

İmam Hüseynin (ə) qiyamının fəlsəfəsinə gəldikdə bunları vurğulamaq yerinə düşər ki, həzrətin qiyamında bir neçə məqsədi var idi.

Onlardan birincisi İslama nicat vermək, bu dini qorumaq idi. Necə ki, söhbət zamanı Mədinə valisi Mərvan ibn Həkəm ona Yezidə beyət etməyi tövsiyyə edərkən həzrət belə cavab vermişdi: "Mən Yezidə beyət etsəm, onda gərək İslamın fatihəsi oxunsun". Yəni İslam mənim Yezidə beyət eməyimlə sona çatmış olacaq.

Digər bir səbəb Yezidin hakimiyyətini ləğv etmək və ona son qoymaq idi.

Üçüncüsü isə İmam Əli ibn Əbu Talibin (ə) namazlardan sonra lənətlənməsinə son qoymaq idi. Çünki bildiyiniz kimi, Müaviyənin qoyduğu bidətlərdən biri də namazlardan sonra dua və zikr əvəzinə həzrət Əlinin, peyğəmbər Əhli-beytinin təhqir edilməsi idi.

Həzrətin dördüncü hədəfi ədalətli bir İslam hökuməti qurmaq idi. Hansı ki, o dövlətdə yalnız və yalnız ədalət öz sözünü deyəcəkdi, qohumbazlığa, tanışlığa əsla yer qalmayacaqdı.

Digər bir hədəf xilafətin irsi olaraq nəsildən-nəsilə ötürülməsinin qarşısını almaq idi. Çünki Peyğəmbərin vəfatından sonra xilafət bir növ vərəsəlik yolu ilə nəsildən-nəsilə ötürülməyə başlamışdı və İmam Hüseyn Müaviyənin özündən sonra xilafəti oğlu Yezidə ötürməsini gördükdə bu yanlış addımın durdurulmasına qərar verdi, bundan ötrü məhz qiyam yoluna qədəm qoydu.

Vasif Niftullayev