22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəlanın baş vermə səbəbi ilə vilayətdən uzaq düşməyin əlaqəsi
11.10.2018

İnsan diqqət edəndə bu məsələ aydın olur ki, o zaman cəmiyyətdə yeganə İslam təlimatından qalan Qədirxum hadisəsini kənara qoydular və unutdular. Yəni peyğəmbərdən sonra olan vilayət xəttini İslam cəmiyyəti unutdu. Və bunun da nəticəsində Kərbəla hadisəsi baş verdi. Kərbəla çölündə Əhli-beyti faciəli şəkildə qətlə yetirdilər.


Əgər insanlar peyğəmbərin buyurduğu kimi, ondan sonra həqiqi mənada İmam Əlini, yəni Allah-taalanın peyğəmbərdən sonra təyin etdiyi ilahi şəxsiyyətin dalınca getsəydi və ilahi rəhbərlik çətirinin altında İslam cəmiyyəti hərəkət etsəydi İslamın belə bir sərgüzəşdəsi olmazdı. İslam belə bir acı tarixlə üzləşməzdi. İslam ümmətinin belə bir acı tarixlə üzləşməsinin səbəbi o idi ki, ümmət vilayət yolu ilə öz yollarını ayırdı. Və bu nəticəyə gəldilər ki, biz peyğəmbərdən sonra özümüz İslam qayda-qanunlarına əməl edib və İslam qayda-qanunlarını öz həyatımızda yaşada bilərik. Onlar vilayətsiz bunu etmək istədilər. Bu vilayətsiz həyatın nəticəsi idi ki, insanlar öz düşündükləri kimi İslamı, dini məna edib İmam Hüseynin qətlinə fərman verdilər. Və İmam Hüseyni o cür faciəli şəkildə şəhid etdilər.

Bu bizim üçün böyük bir ibrət olmalıdır ki, İslam qayda-qanunlarına əməl etmək təkcə kifayət etmir. Allahın göndərdiyi dini qayda-qanuna insan özü öz başına əməl etməsi çətin məsələdir. İslam qayda-qanununu ilk növbədə Allah, Allah Rəsulu və onun təyin etdiyi məsum şəxsiyyətlər məna edib. Həmçinin cəmiyyətdə hər zamanın özünə uyğun şəkildə təqdim olunmalıdır. Nə zaman ki, vilayət olmadı, vilayətin dilindən insanlar İslamı qəbul etmədilər bunun sonu Kərbəla hadisəsi ilə nəticələnəcək.


İlham Əliyev