21 Noyabr 2024 - 21
Bülbüli‐qəmkəş məqami‐vəsli‐gülzar istədi,
Seyr üçün bir səhni‐gülzarü çəmənzar istədi.
Zeynəbi‐biçarənün həddən ötüb möhnətləri,
Aləmi‐röyadə gördi Padşahi‐məhşəri,
Qeyz ilə məcbur edüb hökmən Yəzidi‐kafəri,
Talibani‐vəsli‐yarə könli dildar istədi.
Yatmayub ol şəb Yəzidi‐bihəya etdi səbah,
Bəzminə hazır edüb Ali‐Əbanı, ah, ah,
Abidi‐bimarə söylüb istədi əfvi‐günah,
Tərk edüb cövrü cəfanı üzr o biar istədi.
Zeynəbə yüz dutdı ərz etdi, əya binti‐İmam,
Zülm Əli övladına etməkligi etdim həram,
Lə`nəti‐aləm ola ibni‐Ziyadə bit‐təmam,
İtrəti‐Peyğəmbəri o bihəya xar istədi.
Hər nə xahiş eyləsəz, qıldım rəva, eylün əyan,
Yəsribə getməkligə olsaz riza, qıldım rəvan,
Zeynəbi‐biçarə çeşmi əşkbar qıldı bəyan,
Qarəti‐Kərbübəlanı eyləyüb izhar, istədi.
Fikr edüb ol bihəya, baxdı əsiranə tərəf,
Qarəti‐Kərbübəla söylüb olub yeksər tələf,
Etdilər şivən təmamən itrəti‐Şahi‐Nəcəf,
Cümlə qarətgərləri çün qaldı naçar, istədi.
Hökm edüb gətdi hamı Kərbübəla qarətlərin,
Verdilər Leylayə qəlxanun Əliyyü Əkbərin,
Gördi bir cüft çəkmə əldə bir ləini‐kəmtərin,
Vay, oğul, sölüb onı Leylayi‐biyar istədi.
Əhli‐məclis gördi gəldi bir ləini‐bihəya,
Var əlində bircə boxca, açmağa eylər həya,
Sölədi Əsğər anası rəxtüvə qurban, bala,
Hansı zülm qundağın qan ilə gülnar istədi?
Daxil oldı bəzmə bir şumi‐ləini‐kəmtərin,
Qasimün qanə bələşmiş açdı toy xəl`ətlərin,
Çün Səriyyə natəvan sölüb, kəsilsün əllərin,
Qasimün rəxtün ərusi‐zarü biyar istədi.
Yandı qəlbim gözlərim ağlar bu yerdə dəmbədəm,
Bu sözi yazmaqlığa ağlar, həya eylər qələm,
Daxil oldı bir nəfər çignində bir qanlı ələm,
Gördi qanlı beydəği Külsum naçar istədi.
Bircə boğça gətdi dəstində o dəm Şimri‐dəğa,
Boğçanı kimsə ki, gördi eləyüb ahü nəva,
Gördilər bir pirəhən min doqquz yüz əlli yəra,
Köynəgi ol Zeynəbi‐zarü dilfikar istədi.
Aldılar Ali‐Peyəmbər cümleyi‐qarətləri,
Tazədən gəldi büruzə birbəbir möhnətləri,
Saldı hər bülbül xəyalə bir güli‐xunpərvəri,
Ol şəqidən bir əza bəzmi o bimar istədi.
Qurdılar bəzmi‐əza Şam içrə övladi‐Hüseyn,
Ol müsibətdən təmam ağlar cinanda hurül‐eyn,
Çünki üç gün qaldı xak üstə kəfənsiz Şahi‐din,
Zeynəbü Gülsum Şam içrə əzadar istədi.
Çün susuz ölməkligi Mövlam özi eylüb qəbul,
Təşnə zibh etdi səri‐Mövlanı ol ceyşi‐zəlul,
Nadimi‐biçarəni naləkünan, qəlbi məlul,
Min üç yüz iyirmüçümcü* ildə zəvvar istədi.
Hüseyn Nadim Naxçıvani-Nehrəmi
Hicri 1323 miladi1905-ci il (Nohənin yazılma vaxtı həmçinin
şairin ziyarətdə olduğu vaxt da ola bilər)