03 Dekabr 2025 - 3
Ziyarət imamları (ə) tanımağın ən yaxşı yoludur. Ona görə də Ərbəin ziyarəti İmam Hüseyni (ə) və onun İlahi hədəflərini tanımaq üçün ən mühüm ziyarət hesab olunur.
Hədislərimizin buyurduğu kimi, İmam Hüseyn (ə) insanları qaranlıqdan nura çıxardan gəmidir və kim bu gəmiyə minsə, nicat tapar, kim ondan geriyə qalarsa, həlak olar.
İmam Xomeyni böyük əhəmiyyətə malik olan Ərbəin yürüşü barəsində buyurmuşdur: “Hər gün Aşura və hər yer Kərbəla” şüarı gərək İslam ümmətinin əsil şüarı olsun. Aşura hər gün və hər yerdə olan qiyamdır. Saylarının az olmasına baxmayaraq, böyük eşq və imanla zalımın qarşısına çıxmış və müqavimət göstərmişdilər. Ona görə də bu şüar hər bir müsəlmanın həyat devizinə çevrilməlidir. Bizim keçirdiyimiz o günlər təkrar olan Aşura idi. Meydanlar, küçələr, dağlar İslam övladlarının qanına bürünmüşdü. Aşura bizə göstəriş verir ki, sayın az olsa da, əlində qılınc olmasa da, gərək zalıma qarşı çıxasan və ona müqavimət göstərəsən. Bizim şəhidlər də Aşura şəhidləri kimi əzizdirlər. Şəhadət qələbə rəmzidir.
Kərbəla, zalımların sarayını öz qanı ilə yıxıb yox etdi. Əslində Kərbəla, şeytanın sarayını məhv etdi. …”. (Həvzəh)
Deyerler.org
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto