21 Noyabr 2024 - 21
Böyük alimlərdən birinin sözü var, deyir İmam Hüseynin etdiyi xütbələr ən açıq sözlü xütbələr idi. Yəni, hətta həzrət Peyğəmbərin (s) özü belə bu qədər açıq söz danışmamışdı.
Quran Peyğəmbərə buyurur ki, onlarla yumşaq danış. Peyğəmbər yumşaq təbliğ edirdi, mehriban danışırdı. Amma İmam Hüseyn kəskin danışdı.
İmam Hüseyn insanlarda vicdan oyatmaq üçün kəskin danışmaq metodunu seçdi. Çünki təbliğatın özünün də bir neçə forması var. Sözün bəlağətli olması, danışanın bəlağətli olması, hədəfin müqəddəsliyi və bir də vasitələrin düzgün seçilməsi.
Hansı vasitədən, üslubdan seçməyin ciddi təsiri var. Bəzi insanlar elə vasitələrdən seçib istifadə edirlər ki, görürsən ağlamaqla təbliğ edirlər. Məsələn İmam Zeynəlabidin. İmam Hüseyndən sonra elə bir vəziyyət yaranmışdı ki, orada İmam Səccad kimi davranmaq lazım idi. İmam Səccad Quran oxuyurdu. Yəni ilk öncə Quranla təbliğ edirdi.
Deyirlər İmam Baqir ilə İmam Səccadın çox gözəl Quran oxumaqları varmış. Deyirlər Mədinədə İmam Səccad elə gözəl tərzdə Quran oxuyurmuş ki, hətta Mədinədəki su danışayanlar suları gətirib camaata verərlərmiş.
İmam Səccad birinci növbədə Quran ilə təbliğ edərək camaatı cəlb edirdi. Görərdilər ki, məsələn İmam yarım saat Quran oxuyan müddət ərzində beş min adam yığışıb İmamın səsinə qulaq asırlar.
Ondan sonra İmam ağlayaraq iki-üç kəlmə İmam Hüseyn haqqında danışardı. Bax bu formada Quranın İmam Hüseynə aid olan ayəsini oxuyardı.
Qürbət Abdulov