23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Şahi‐biyavər oxlandı
02.11.2018

Əman çərxin cəfasından,
Axar qan gül yərasından,
Özün sən şahid ol, ya Rəbb,
Əlimdə Əsğər oxlandı,

Axıb gül hülqinün qanı,
Əlim qan ilə islandı.
Alıbdır dövrini ləşkər,
Şahi‐biyavər oxlandı.

Qəribəm, yoxdu bir yavər,
Nə Övnü Fəzlü nə Cəfər,
Əlimdə Əsğər oxlandı.
Kimim var dadimə gəlsün,
Hüseyni‐yavərim olsun,
Əlimdən nəşini alsun,
Əlimdə Əsğər oxlandı,
Şahi‐biyavər oxlandı.

Aşub möhnət dodağımdan,
Axar qan əl‐əyağımdan,
Alan yoxdur qucağımdan,
Əlimdə Əsğər oxlandı,
Şahi‐biyavər oxlandı.

Ədulər atdı peykanı,
Axubdur hülqünün qanı,
Qucağımda çıxub canı,
Əlimdə Əsğər oxlandı,
Şahi‐biyavər oxlandı.

Dedim, aya verəllər ab,
Edüblər qanına sirab,
Batub qanə gülür mehrab,
Əlimdə Əsğər oxlandı,
Şahi‐biyavər oxlandı.

Dolub qundağ axub qanı,
Düşüb hər səmti hər yanı,
Axub gözlər, çıxub canı,
Əlimdə Əsğər oxlandı,
Şahi‐biyavər oxlandı.

Ötübdür həddidən yasim,
Batubdur qaninə Qasim,
Susuz doğrandı Əbbasim,
Əlimdə Əsğər oxlandı,
Şahi‐biyavər oxlandı.

Hanı ənsar, hanı yavər?
Alubdur canımı qəmlər,
Oyan, nakam Əli Əkbər,
Əlimdə Əsğər oxlandı,
Xəcil oldum anasından,
Əlimdə Əsğər oxlandı,
Şahi‐biyavər oxlandı.

Ölüncə Nadimi‐nalan,
Yazıb ağlar edər əfğan,
Buyurdu Şahi‐məzluman,
Əlimdə Əsğər oxlandı,
Şahi‐biyavər oxlandı.

Hüseyn Nadim Naxçıvani Nehrəmi