24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Aşura qiyamının qalıcı olmasına təsir edən üç amil
03.11.2018

O kəslər ki, insanlıq ardıncadırlar, gərək insanlığın təcəllisini Kərbəla hadisəsində axtarsınlar. Tarix boyu bir çoxları bu hadisəni əhəmiyyətini zəiflətməyə cəhd edib. Ancaq bu hadisə öz təsirini itirməmişdir. Günü-gündən daha da artmaqdadır.

Bu inqilaba təsir qoyan amillər – iradə və İlahi təqdir idi. Allah bu hadisənin vasitəsilə dünyanın azadlıqsevər insanlarına insanlığın, məhəbbətin, səbir və müqavimətin, izzət və şərəfin nümunələrini nümayiş etdirməyə çalışmışdır.

Allah günəşin qarşısını alan maneələri aradan qaldırdı və Öz nurunu qalib etdi. İmam Hüseyn (ə) Allah nurundan idi və Allahın nuru qalıcı oldu.

İmam Hüseynin (ə) ixlas və bəsirəti Aşura qiyamının ikinci amili olmuşdur. Bu iki amil sayəsində Kərbəla hadisəsi qalıcı və əbədi oldu. Bəsirət odur ki, hədəfini itirməyəsən, Kərbəla hadisəsi də buna bariz nümunədir. Əslində Aşura hadisəsi bəsirət və ixlasın təcəllisi idi. (Tebyan)

Aşura qiyamının qalıcı olmasına səbəb olan üçüncü amil isə bu qiyamın nicat verən olması idi. İmamın (ə) hədəfi ümmətini zalımın əlindən xilas edib, ona nicat vermək olmuşdur. Kim nicat gəmisinə minərsə, xoşbəxt olar.

Deyerler.org