22 Noyabr 2024 - 22
Aşura hadisəsi uzun müddətdir ki, insanların nəzərini özünə cəlb etmiş bir hadisədir. Böyük şəxsiyyətlər bu hadisə haqqında danışıblar, kitablar yazıblar.
Aşura ilə bağlı insanların düşüncəsini özünə daha çox cəlb edən məqam budur ki, görün İslam cəmiyyətində çox az müdətdə nələr baş verdi ki, həzrət Peyğəmbərin (s) vəfatından təxminən 50 il sonra ümmət Onun ən əziz nəvəsi İmam Hüseyni ailəsi ilə bilrikdə faciəli şəkildə qətlə yetirdi.
Görəsən İslam cəmiyyətində nələr baş vermişdi ki, bu cəmiyyət öz peyğəmbərinin vəfatından sonra Onun Əhli-beyti ilə belə rəftar etdi və bu amansız faciəni Onun Əhli-beytinə rəva gördülər?
Bu hadisəni araşdıranda görürük ki, elə o dövrdə də müsəlmanlar İslamın bütün ayinlərinə əməl edirdilər - namaz qılırdılar, oruc tuturdular, xümsü, zəkatı, həcci və digər bütün təlimatları yerinə yetirirdilər. Amma buna baxmayaraq belə bir cinayətə əl atdılar, Əhli-beyti şəhid etdilər və Rəsulullahın qəlbinə toxunub onun qəlbini sındırdılar.
İlham Əliyev