22 Noyabr 2024 - 22
Həzrət Peyğəmbər buyurub: "Hüseynin şəhadətindən insanların qəlbinə bir alov qığılcımı düşər ki, Qiyamətə qədər bu atəş, bu alov sönməz".
İmam Hüseyn dünyaya gələndə qundağı gətirib həzrət Peyğəmbərin qucağına verdilər. Peyğəmbəri–Əkrəm orada bir neçə söz dedi. Sözlərindən biri də Quran ayəsi idi. Buyurdu o zaman ki, həzrət İbrahim Hacərlə balası İsmayili o quru səhrada qoyub gedəndə bir neçə dua etdi. Dualarından biri Quran ayəsi idi: "İlahi, mən öz ailəmi quru səhrada məskunlaşdırıb gəldim. Camaatın bir qisminin qəlblərini onlara tərəf meyilləndir". Yəni onların məhəbbətini insanların qəlbinə sal.
Peyğəmbəri-Əkrəm də İmam Hüseyn barədə bu duanı etdi. Buyurdu ki, İlahi, mənim bu övladımın məhəbbətini insanların bir qisminin qəlbinə sal. Bütün insanların demədi, yalnız bir qismini nəzərdə tutdu.
Dövrümüzdə dünyanın hər yerində İmam Hüseyn üçün əza məclisləri qurulur, onun üçün göz yaşları tökülür, bu, sanki, peyğəmbərin həmin duasının gerçəkləşməsidir. Çünki Peyğəmbər onun üçün məhz bu duanı etmişdi.
Qədir Məmmədov