22 Noyabr 2024 - 22
Əban ibni Təğəllüb nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: “Sanki Qaimi (ə.f) Kufənin arxasında görürəm ki, orada yerləşmişdir. Alnı ağ olan ağ və qara rəngli ata minmişdir. Sonra at cuşa gəlir. Elə bir şəhər qalmır ki, sakinləri güman etməsin ki, Qaim onların şəhərindədir.
O zaman ki, o, Peyğəmbərin (s) bayrağını dalğalandıracaq həmin vaxt 300 min mələk ona tərəf gələcəkdir. Hansı ki, hamısı Qaimin (ə.f) intizarını çəkirdilər. Onlar Nuhun (ə) gəmisində onunla birlikdə olanlar kimidirlər. İbrahimlə (ə) atəşə düşənlər kimidirlər. İsa (ə) ilə səmaya qaldırılmışlar kimidirlər.
İmam Hüseynlə (ə) birlikdə vuruşmaq istəyən, ancaq icazə almayan 4 min mələk də yerə enər. Onlar Aşura günü icazə almaq üçün səmaya qalxıb geri qayıdanda görürlər ki, İmamı (ə) şəhid ediblər. Onlar Qiyamətə qədər pərişan halda İmamın (ə) qəbri yanında ağlayarlar.
Hüseyn (ə) qəbri ilə səma arasında bir məkan meydana gəldi və o, mələklərin sıx olduğu yerdir”.
Deyerler.org