21 Noyabr 2024 - 21
Sual: Hansı səbəblərə əsasən İmam Hüseyn (ə) öz qiyamını Mədinədən başlamamışdır?
Cavab: Bu sualı cavablandırmaq üçün dəqiq tarixi araşdırmalara egtiyac vardır. Həmçinin Mədinə şəhərinə zaman və məkan baxımından qiyam üçün əlverişli olmasına diqqət yetirmək lazımdır:
İmam Hüseynın (ə) Mədinədə qiyam etməməsinin səbəbləri:
1. İmam (ə) Mədinədə olan zaman, Müaviyənin ölüm xəbəri rəsmi surətdə yayılmamışdı. Bu səbəbdən əhalinin çoxu onun ölümündən xəbərsiz idilər.
2. Mədinə müsəlmanları Yezidin hakimiyyəti ilə Müaviyənin xilafətinin fərqini hələ dərk etməmişdilər. Baxmayaraq ki, İmam (ə) başda olmaqla, Əbdullah ibni Zübeyr, Əbdullah ibni Ömər, Əbdürəhman ibni Əbu Bəkr və çox şəxsiyyətlər onun faqsiqliyini, şərab içdiyini, meymun oynatdığını və bir sözlə əyyaşlığını bilirdilər,16 amma ümumi müsəlmanlar hələ də Müaviyənin xilafətinin təsiri altında idilər. bu səbəbdən Müaviyənin ölüm xəbərini eşidən kimi kiçik bir təbliğat nəticəsində ona beyət etdilər.
3. Mədinə şəhəri strateji baxımdan heç bir qiyam üçün əhəmiyətli və faydalı deyildi. Mədinə müsəlmanlarının (xüsusən Ənsarın) peyğəmbər (s) ailəsinə çoxlu məhəbbət bəsləmələrinə baxmayaraq onların yolunda ölməyə razı deyildilər. Həmçinin bu sözümüzə "Səqifə" məsələsin nümunə gətirə bilərik. Bundan əlavə Həzrət Əli (ə) "Cəməl" döyüşü üçün Mədinəlilərdən kömək istəyəndə onlar əmirəlmömininə müsbət cavab vermişdilər. Bu səbəbdən İmam Əli (ə) 40018 və ya 70019 nəfərlə on min nəfərlik qoşuna müqavimət göstərmək üçün hərəkət etmişdir.
4. Mədinə müsəlmanları peyğəmbərin (s) vəfatından sonra şeyxlərin (Əbu Bəkr və Ömər) ən qatı ardıcıllarına çevrilmiş və onların icra etdiyi sünnətləri qoruyub saxlamışdılar. Məsələn: Ömərin ölümü zamanı "Şura" əhli Həzrət Əliyə (ə) bir şərtlə beyət edirdilər ki, gərək şeyxlərin yolunu davam etdirsin." Həzrət Əli (ə) peyğəmbərin (s) yolunu getdiyini söyləyəndə ondan üz döndərib Osmana tərəf getdilər.20 Osmandan sonra isə Həzrət Əlinin (ə) xilafətə gəlməsində əsas səbəblər Mədinəlilərdən deyil əksinə başqa şəhərlərdən hicrət etmiş müsəlmanların israrı oldu.
5. İmamın Mədinədə qiyam etməməsinin əsas səbəblərindən biri də, Qureyşin bir çox şəxsiyyətlərinin və Bəni- üməyyə "birləşməsinin" Mədinədə hakimiyətdə olması idi. Məsələn: Mərvan və onun tərəfdarları imamın qiyamına böyük mane ola biləcək, şəxsiyyətlər idilər.
6. Mədinə şəhəri və əhalisi o qədər də böyük deyildi ki, İmam (ə) orada qiyam etməklə Kufə, Bəsrə, Şam kimi şəhərləri fəth edə bilsin. Mədinə həm cəmiyyət və həmdə ərazi baxımından digər şəhərlərdən olduqca kiçik idi.
7. Mədinə müsəlmanlarının Bəni- Üməyyə hakimiyyətinə tabeçilikləri o həddə çatmışdı ki, Müaviyənin əmri ilə "hər namazdan sonra Həzrət Əliyə (ə) lənət oxunması" deyiləndə çox az miqdarda insan buna etiraz etmişdi. Peyğəmbər (s) ailəsindən savayı minbərlərdə lənət oxunmasına qarşı açıq- aşkar kimsə etiraz etməmişdir.
8. Mədinənin hakimi Vəlid ibni Utbə Müaviyənin ölüm xəbərini eşidən kimi Mədinədə bütün müxalif qüvvələri nəzarət altına almışdır. Onun ən böyük qorxusu hakimiyyətin onun əlindən sivrilib, müxalif qüvvələrin əlinə keçməsi idi. Bu səbəbdən İmamın (ə) Mədinədə qiyam etməsi və ya Mədinədən qiyamını başlaması heç bir reallığa söykənmirdi.
Bütün bunlardan əlavə, tarix bizə nişan verir ki, Mədinə şəhəri, qiyam etmək üçün heç vaxt əlverişli olmamışdır. Çünki, İmamlardan (ə) sonra orada qiyam edən "Ələvilər" və başqa mövcud olan hakimiyyətə qarşı çıxan quruplaşmalar heç vaxt öz işlərində müvəffəq olmamışdılar.Məsələn: Hicrətin 63- cü ili Mədinənin sakinləri Yezidin hakimiyyətinə qarşı çıxdıqları zaman (bu tarixdə hurrə hadisəsi kimi məşhurdur) çox asanlıqla məğlub olmuşdurlar. Həmçinin Məhəmməd ibni Abdullah (nəfsi zəkiyyə) Ələvilər tərəfindən qiyam etdikdə (145 m) və ya Hüseyn ibni Əli (ə) (şəhidi fəx) Mədinəlilərə arxalanıb hakimiyyətə qarşı çıxdıqda (169 h. q.) çox asanlıqla məğlub olmuşdurlar.
Bu səbəbdən İmamın (ə) Mədinədə qiyam etməsi heç bir həqiqətə uyğun deyildi.
Ələddin Məlikov