21 Noyabr 2024 - 21
Hüseyn (ə) aləmə fərman verdi
Düzdü, sərməşqi qiyamı bizə Quran verdi,
Əvvəli-səfdə Hüseyn aləmə fərman verdi.
O zaman ki, hamı Loğmani zaman olmuşdu,
Pərdeyi hisni təqiyyəylə nihan olmuşdu,
Ürəyi sahibi əsrin dolu qan olmuşdu,
Fəzzəlullah özu alullaha rüchan verdi
Qara topraqdan o Allah ki, insan yaradıb,
Müxtəlif rəngidə ba in həme yeksan yaradıb,
Hamıya ədlu müsavatilə imkan yaradıb,
Əhli təqvayə fəqət rütbeyi şayan verdi.
Türkünən farsı görün hansi bir əllər ayırıb,
Nəhrəvan əhli kimi cəbheyi digər ayırıb,
Həbəşilən qürəşi harda peyəmbər ayırıb,
Həqqi heysiyyəti aləmə yeksan verdi.
Əhli küfrilə əgər olmasa, dəmsaz bəşər,
Necə İslama olar şaye pərdaz bəşər,
Niyə insaf eləmir təfriqə əndaz bəşər?
Bizə bu məktəbi Allah məgər asan verdi?!
Əlli ildən çoxdu ölmüş idi millətimiz,
Məhvu nabud idi namusumuz, heysiyyətimiz,
Hər cahanxarə mübah olmuş idi sərvətimiz,
Aldı İranı ki, abad edə viran verdi.
Hər o kişvər ki, vəziri, şahı biqeyrət ola,
Gərək, əlbəttə, onun sərvəti də qarət ola,
Biz Əli şiəsiyik, bizdə gərək himmət ola,
Şükr edək həqqə ki, div aldı, Süleyman verdi.
İnqilab etdi bu millət ol İslam adına,
İndi bir iddə düşübdür komunislik yadına,
İstəyir dini verə ariyə dünya badına,
Xəlq bilmir nə üçün bir belə qurban verdi.
Vardı bir iddeyi digər də müsəlmanlar ara,
Komunisdən çox olardır ki, vurur qəlbə yara,
Ah, Yəbnəl Həsən iş gör yetişib indi hara,
Hər müzalif bu əzadarə bir elan verdi.
Necə ki, kor günün nuru-ziyasın görməz,
İnqilabında bunlar əsli əsasın görməz,
Bu Hüseyn ləşgərinin qara libasın görməz,
Düşmənə mahi Məhərrəmdə necə san verdi?!
Bir də hər şəhridə yüz min geyinir qara libas.
Kuyu-bərzəndə Hüseynə qurulur məclisi yas.
Bu əzadaridi, saldı dili tağuta həras.
İnqilaba çoxu can bəzl elədi, qan verdi.
Müddəi, sən bizə bihudə itab eylirsən,
Köhnə aşiqə xürafati xitab eylirsən,
Sən bu göz yaşlarını axər nə hesab eylirsən?!
Adəmin tövbəsinə müjdeyi ğüfran verdi.
Kaxi zülmü sitəmabadı, bu göz yaşı yıxıb,
Xaneyi qatil və cəlladı bu göz yaşı yıxıb,
Zalımı, kafəri, Şəddadı bu göz yaşı yıxıb,
İmtahan qalmadı bu sel xüruşan verdi.
Adəmi tövbəyə irdaş eləyən göz yaşıdır,
Nuhu gerdabidən azad eliyən göz yaşıdır,
Qorxulu qəbrini abad eliyən göz yaşıdır,
Ağlayan gözlərə qurban gözəl ehsan verdi.
Bu Peyəmbər sözüdür, yoxdu müsəlləm yalanı,
Gördü ki, cümlə Ühüddə ölənin var yananı,
Dedi heyf olsun əmim Həmzəyə yox ağlayanı,
Bu işarəylə öz əshabına meydan verdi.
Hərə öz mənzilinə qaçdı o ərbabi üqul,
Çağırıb əhli-əyalın, dedi ba qəlbi məlul,
Həmzənin ağlayanı yoxdu, pərişandı Rəsul,
Tökülüb övrət, uşaq əşginə tüğyan verdi.
Bu əməl sünnət olub doreyi-Peyğəmbərdən,
Biri ölsəydi o əshabi vəfadarindən,
Yad edərdilər əvvəl Həmzeyi namavərdən,
Kərbəla vaqiəsi bu qəmə payan verdi.
Ali-Haşim nə qədər başa qara bağlardı,
Naleyi Ümmü-Bənin qəlbləri dağlardı,
Həmzəyə ağlayan Abbasa əza saxlardı,
Çün əzadarə Peyəmbər özü fərman verdi.
Özü şahi şühəda zakir olub bu xəbərə,
Çox müsirranə sifariş eləyib şiələrə,
“Fəndibuni ənə məzlum və qətilul-əbərə”
Şiənin göz yaşın Allah mənə dərman verdi.
Qorxdu təhrif edə, amma bu sözü əhli-riya,
Etdi bir cümləni digərdə sözün roşən əda,
Dedi “la yuzkurni mominun illa və bəka”
Xəbərin məna və məfhumuna mizan verdi.
Hər kimin var xəbəri şiənin asarından,
Həzrəti Sadiqin ibraz olan əxbarından,
Nohəxan şairilən etdiyi rəftarından,
Ağlayıb-ağladana vədeyi rizvan verdi.
Vardı səkkiz qapısı cənnətin, ey Zeydi pəlid,
Birisi babi Hüseyndir, birisi babi şəhid,
İkisi olmuş öz ərbabımızın adına qeyd,
Bizə Həqq vədeyi cənnət iki yoldan verdi.
Bu iki zübdə müşabeh xəbərə illət var,
Həm şəhidə, həm əzadarı üçün cənnət var,
Hansına çatsa əlin zəhmətinə ücrət var,
Allah, ağlar gözə də ərci şəhidan verdi.
Fatimə düşmənidir düşməni ənsari Hüseyn.
Çün əzadari Hüseyn, yəni həvadari Hüseyn.
Başərəfdir o şəqidən səgi murdari Hüseyn,
Şəxsi Peyğəmbərə çün nisbəti həzyan verdi.
Altımış il taətilən yetmədi rahib hədəfə,
Bir gecə ağlardı bax gör necə çatdı şərəfə,
Üz tutub sidqilə dilbəndi əmiri Nəcəfə,
Dedi təşrifin ağa ruhuma reyhan verdi.
Ta təşəhhüd deməyincə bilirəm xaram mən,
Bu nəməkzarda əlan səgi murdaram mən.
Himmət eylə nəcisəm şirkə giriftaram mən,
Görələr kürrü təharət necə ehsan verdi.
Dilxoşam, mülkə bərazəndə Süleyman aldım,
Zərri zəravəri verdim şəhi xuban aldım,
Sikkeyi qəlbə gözəl Yusifi Kənan aldım,
Vay füruşində naəhlidi, ərzan verdi.
Xoşqədəmdir bu səri biqədəm, ey sərvəri nas,
Tanımırdı səni bu firqeyi göhərnəşünas,
Odur Səd oğlu ziyan etdi, varım Həqqə sipas,
Mən ona zər, o mənə Yusifi Kənan verdi.
İstədim itrətüvə mənzili rahət verilə,
Qoymadı deyrdə Səd oğlu iqamət verilə,
Nəgiran olma dedim qızlara şərbət verilə,
Baxma Şam əhli sizə su yerinə qan verdi.
Nitqə gəl, vaqif olum bu gecə əsrarından,
Məni sirab elə bu ləli göhər barından,
Yuyaram indi bu qanlı külü rüxsarından,
Çün şərəf deyrimə bu rəsi ləbətşan verdi.
Qoy durum teştidə su hazır edim məhzərüvə,
Su töküm həqq danışıb qana batan ləblərüvə,
Ey Məsihanəfəs, əmr eylə qoca nokərüvə,
Ev sənindir məni İsa sənə dərban verdi.
Dil açandan Məryəmin oğlunu təclil edirəm,
Gündə yüz danəni, yüz mərtəbə təkmil edirəm.
Altımış ildir ki, fəqət xidməti İncil edirəm,
Müjdeyi cənnəti axir mənə Quran verdi.
Yumulan gözlərinin dərdini de mən də bilim,
Qoruyub qanı əgər isladım əşgilə silim.
Yoxdu başımda ləyaqət sənə qurban kəsilim
Yazalar pir kəlisadə baş və can verdi.
Məni mədhuş edir ətrin sənin, ey məhliqa,
Gedirəm huşə gəlir zəmzəmeyi va vələda,
Hey deyir, ya əbəta, va əsəfa, va əcəba.
Bu Hüseynimdi ki, Quranuva qurban verdi.
Bu sızıltı ki, qulağıma gəlir mənadan,
Qərq olan səsdi sanki yetişir dəryadan,
Hey deyir getdin oğul ac-susuz dünyadan,
Sənin iftarını zəhrabeyi peykan verdi.
Qolları süst olanın əlləri çatmaz başına,
Kül səpənməz baş imkanı gələr göz yaşına.
Qəlbimin şişəsini vırdıla hicran daşına.
Şimr ki, Xuliyə bu başı şitaban verdi.
Görcəyin cismüvi məqtəl ara yandım yaralı,
Baş yara, əl yara yandım yaralı,
Mən hara, sən hara, mətbəx hara, yandım yaralı,
Bu fələk gör kimi axər kimə mehman verdi.
Rəhim Münzəvi Ərdəbili