23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin (ə) Allah ilə razü-niyazı
23.11.2018

Gəlcəyin mahi-Məhərrəm başa qara bağlarıq
Əynimizdə qara köynək ruzü-şəb qan ağlarıq
Yada sallıq ox dağıtmış sinəni qəlb dağlarıq
Biz bu əşki-çəşmi dürrü-porbəhaya vermərik
Cövhəri candır bu göz yaşı fənya vermərik
Xəlq edib Allah gözü tənha Hüseynə ağlaya
Tək nə şiə eyləyə qovğa Hüseynə ağlaya
Bu Məhərrəmdə gərək dünya Hüseynə ağlaya
Yer tuta yerdə əza bəzmin fələklər ağlaşa
Oxşama Zəhra deyə göydə mələklər ağlaşa
Ruhi-ərbabi-fəzail təyyibul-ərvahdir
Çün Hüseyn ibni Əli mərdi-fəna fillahdir
Sahibi-bəzmi-qəm movla xudi-Allahdir
Həzrətin bəzm əzasın biz cinanə vermərik
Kəfşdarisin onun küllü cahana vermərik
And ola ərbabımın imza edən peymanına
Sineyi-məcruhuna, başdan axan al qanına
Təşt içində xeyzəran ilən sınan dəndanına
Gərdi-bəzmin tayiri-quds aşiyana vermərik
Həzrətin tək bir tükün həft asimana vermərik
Uymarıq təbliği-nafərcam naməhrəmlərə
Eşq ilə gəllik həmişə məclisi-matəmlərə
Lazım olsa can da verrik bu qara pərçəmlərə
Yer səfa bəzmində hərgiz hər pəlidə vermərik
Pərçəmin tək bir nəxin Kaxi-Sefidə vermərik
And ola ərbabımın qəlbində rəmzü-razına
Küllü dünyanı təhəyyürdə qoyan ecazına
Bavəfa sərdarına, dil açmayan sərbazına
Kainata Əsğərin feyzi-bəratın vermərik
Aləmin taxt-tacına bəndi-qəmatın vermərik
Feyzi-bəzmi-eşqi ruhü-cismə infaq eylərik
Tab edib hər möhnətə qəm taqətin taq eylərik
Bari digər burda biz təcdidi-misaq eylərik
Cismidən rəxti-əzanı ta nəfəs var soymarıq
Doysa Məcnun Leylisindən biz Hüseyndən doymarıq
Əhli-eşqin başda Alullah ilən sevdası var
Şiənin həm məntiqi, həm əqli, həm ehsası var
Aşiqani-sinəçakın həzrəti Abbası var
Aşina mehrin bəli naaşinaya vermərik
Biz Əbəlfəzlin adın simü-təlayə vermərik
Hər iki dünyayə sültandır bizim ərbabımız
Məna və təndisi-Qurandır bizim ərbabımız
Runeveşti Həyyi Sübhandır bizim ərbabımız
Təmtəraqi-aləmə tari-ridasın vermərik
Gər beheşti versələr matəmsərasın vermərik
Saldı ol fülki nicat xəlq özün tufanlara
Dəsti-sazeş vermədi şeytannəma insanlara
İştibah dedim, insani-dupa heyvanlara
Mən buyurdu cövhəri-rəghayi-cani-Heydərəm
Bikifayət şəxsə ölləm mən, vəli baş əymərəm
Birbəbir öldürsə düşmən yarımı, yoldaşımı
Doğrasa gər qitə-qitə oğlumu, qardaşımı
Nəhr edib gər vursalar nuki-cidayə başımı
Mən Hüseyn ibni Əliyəm, tən be zillət vermərəm
Rəhbər olsun Hindin oğlu rizayət vermərəm
Alnımı daş, qəlbimi söksə mənim peykan əgər
Qanım ilə üz gözüm olsa mənim əlvan əgər
Qumlar üstə peykərim qalsa mənim üryan əgər
Altı aylıq oğlum olsa qanına qəltan əgər
Çölləri gəzsə həyalı qızlarım veylan əgər
Zeynəbim ağlar dolansa gər kəsilsə çarəsi
Qolları bağlansa, olsa şəhərlər avarəsi
Qarətə getsə Əliyyi-Əsğərin gəhvarəsi
Xeyməgahım yansa kül olsa zəbanə vursa gər
Düşmənim hətta Rübaba taziyanə vursa gər
And ola cəddim Rəsuli-kibriyanın ruhuna
And ola məzlum atamın qüssə və ənduhuna
And ola Zəhra anamın sineyi-məcruhuna
Yer ürək mülkündə hərgiz hər pəlidə vermərəm
Dəsti-beyət Hindənin oğlu Yezidə vermərəm
Mən əzəl gün yarim ilə əhd-peyman etmişəm
Əhdnaməmdə bu canı bəzli-canan etmişəm
Razi-peymanı hamı üşşaqa elan etmişəm
Kərbəlada oxlara sinəm gərək amac ola
Zülm əlilən barigahım odlana tarac ola
Köhnə tarixi gərəkdir eyləsin qanım təzə
Nəşimin üstündə tazə nəl olan atlar gəzə
Cismimin salim yeri qalsa onu daşlar əzə
Bir hala nəşim qala Zeynəb baxıb ey vay deyə
Zeynəbim ey vay, deyə Zəhra anam lay-lay deyə
Məsti-səhbayi-vəfa çatdı qərəz məqsuduna
Qoydu alnın qətligahın xaki-xun aluduna
Axərin secdəydi həzrət eylədi məbuduna
Sadiq aşiq oxlar altında namazın başladı
Dilbər ilən rubəru razü-niyazın başladı
Gərçi sərtapa vücudi-əthəri məcruh idi
Möhnəti-cansuzi-Həyyi-davərə məşruh idi
Sineyi-suzanı dolu qəmü-ənduh idi
Amma şikayət pişqahi-kibriyayə etmədi
Şikayət qalsın hələ, əslən gilayə etmədi
Bar İlaha! Mən dedi bir dəsti-xalı bəndəyəm
Eşqinin ta vardı sinəmdə nəfəs pabəndəyəm
Şəninin həddində fidyəm olmadı şərməndəyəm
Heyf Hüseynin bundan artıq əqrəbası olmadı
Əfv elə yetmiş nəfərdən çox fədası olmadı
Gərçi oxlar Əsğərimə qəbri qazdı sinədə
Eşq mənşurun bu oxlar gəldi yazdı sinədə
Şərmsaram mən yenə çün yarəm azdı sinədə
Keçməsə gər başdan aşiq, aşiqi-sadiq deyil
Nizələr başında başı gəzməsə aşiq deyil
Mən fənayəm ya Rəbb baş nə lazımdır mənə
Əhli-əyalı neynirəm, yoldaş nə lazımdır mənə
Hər nəyim sənsən, oğul, qardaş nə lazımdır mənə
Şişə misli səngi-kuhi-eşqinə çal canımı
Əzraili qoyma gəlsin sən özün al canımı
Cəbrəilə əmr elə qodalə sayə salmasın
Sayəsilən fasilə burda arayə salmasın
Ruhumu axir nəfəsdə ibtilayə salmasın
Qoy şərari-daği-xorşid ilə yansın peykərim
Rəhmətin sayəsində daldalansın peykərim
Qabil olsa bu çıxan canım sənindir ey Xuda
Səcdəgahımdən axan qanım sənindir ey Xuda
Sineyi-məcruh və şan-şanım sınıbdır ey Xuda
Yenə bu vəzilə ya Rəbb azdı alamım mənim
Heç gilayə etmərəm odlansa əxyamım mənim
Xeymələr əhli sənin öz yarü-mənusundular
Dilşikəstə qızlarım pərbəstə tavusundular
Hər nə övrət, qız, gəlin, var orda namusundular
Razısan xeyməm talansın, qoy talansın eybi yox
Sən rıza ol qoy Rüqəyyəm yansa yansın eybi yox
Qoy tökülsün əhli-əyali-dilkəbabım çöllərə
Güllərim solsun, calansın qoy gülabım çöllərə
Yox gilayəm düşsə gər hətta Rübabım çöllərə
Naləsi ətfalımın ərşə ucalsın eybi yox
Qəmçi altında bacım Zeynəb qocalsın eybi yox
Qan içində qoftequda idi hələ mövla Hüseyn
Nagəhan bivasitə gəldi nida can ya Hüseyn
Suzi-qoftarında yandı aləmi-məna Hüseyn
Cavidan etdi bu qan sənlən mənim misaqımı
Ərşimi titrətdi ahın, odladı afaqımı
Topraq üstən başını qaldır məşəqqət çəkməsin
Bundan artıq yarəlı alnın əziyyət çəkməsin
Qumlar üstündə yanan sinən riyazət çəkməsin
Bir belə yarayla şikvə etmədin məndən Hüseyn
Başını qalxız yuxarı razıyam səndən Hüseyn
İstəyirsən mən dirildim ölən ənsarını
Qoymayım olsun əsir, dərbedər qızlarını
Qaytarım Bəthaya indi itrəti-ətharını
Eyləyim forən mərəmmət yaralı ehsasını
Bir işarəylən dirildim Əkbəri, Abbasını
Kərbəlada sən bu gün bir ayrı tufan eylədin
Sakinini-ərşi ağlatdın pərişan eylədin
Hammısın gətdin bəla dəştində heyran eylədin
Bu çuxur yerdə nə vüsətli rəvaqın var Hüseyn
Asimanlardan nə qədri gör qonağın var Hüseyn
Yaralı qəlbində eşqin riştəsin içdin Hüseyn
Bir belə məşuq içində sən məni seçdin Hüseyn
Hər nəyindən sən mənə xatir bu gün keçdin Hüseyn
Mən də üqbada kilidi-cənnəti verdim sənə
Tək nə cənnət, ixtiyari-xəlqəti verdim sənə
Oxları mən yolladım bir-bir qucağından öpə
Yolladım daşları alnından, dodağından öpə
Ərşin əhli vermişəm dəstur ayağından öpə
Oğluna yorğun sinəndə qəbri mən qazdım Hüseyn
Cənnətin orda cəvazın adına yazdım Hüseyn
Kərbəla rəngin olub qırmız gülabından Hüseyn
Mətləbi dərk eylirəm mən piçü-tabından Hüseyn
Nagəran olma Rüqəyyənlə, Rübabından Hüseyn
Zeynəbin ətfali-sərgərdanına qəmxar olar
Yollaram nazlı Rüqəyyə Şamə pərçəmdar olar
Ali bir köynək geyibsən çox mübarəkdir Hüseyn
Həm yaraşır əyninə, həm rəngi göyçəkdir Hüseyn
Doqquz səmanı ağladan köynək bu köynəkdir Hüseyn
Mən ki, istərdim vuram bir qanlı pərçəm ərşidə
Aslaram bu köynəyi hər il məhərrəm ərşidə
Heyf onun oxlar pozubdu nəqşə və şirazəsin
Qəddinin indi gələr Zəhra tutar əndazəsin
Soysa düşmən eybi yox eylər təhiyyə tazəsin
Allam əllərdən hüzurumda əmanət saxlaram
Sevgilim Zəhrayə əsbabi-şəfaət saxlaram
Qan içində düşdü mövlanın Mədinə yadına
Qəmli qəbristandaki pünhan dəfinə yadına
Düşdü odlanmış qapıyla, qanlı sinə yadına
Sinəsindən süzdü qanı yerdə yazdı can ana
Yarəli sinəm yaralı sinənə qurban ana
Gəl Hüseynin bərhəm olmuş təmtərağın gör ana
Qırmızı qanilə fərş olmuş otağın gör ana
Parçalanmış sinəsin alnın dodağın gör ana
Peykəri-sədparəmi ağuşə al lay-lay denən
Sən kimi nohə deyən olmaz Hüseynim vay denən
Hər nə qədri oxşasan oxşa Hüseynə ay ana
İnciyər sinən yarası, vurma sinə ay ana
Sən de növhə, sinə qoy vursun Səkinə ay ana
Qəm xədəngilən denən Zeynəb də qəlbin yarmasın
Başımı düşmən kəsəndə qatilə yalvarmasın
Əşki-çeşmilən Xudayi yazdı bu qəmnaməni
Möhnətin gətdi nəvayə dəftəri-həm xaməni
Salma gözdən sən bil Abbasın canı mövla məni
Dəsti-xali nokərin ver imtiyazın ya Hüseyn
Şerimin artır özün suzü-qüdazın ya Hüseyn

Fərhəng Xudayi Ərdəbili