21 Noyabr 2024 - 21
İmam Hüseynin (ə) dilindən
Əhli‐Beytə Zeynəbim giryan olan yerdür bu yer,
Mədfəni‐paki‐Şəhi‐ətşan olan yerdür bu yer.
Kəsməyün qurbanları, yetməz belə qurban mənə,
Yaxşı qurban bəzl edibdür Xaliqi‐Sübhan mənə,
Çün Həbib ibni‐Məzahir töhfə eylər can mənə,
Hürr payimdə əzəl qurban olan yerdür bu yer.
Bəzli‐canan etmişəm cananıma bu canları,
Verməyüb su zibh edəllər, su olar öz qanları,
Bu yerün, agah olun, var cürbəcür qurbanları,
Təşnə səqqa qanına al qan olan yerdür bu yer.
Bu Minanun mislüni eylün bəyan, olsun bu şah,
Dəfn olar əshabım, ənsarım bizə olsun mübah,
Dəstim üstə Əsğərimi oxladılar bigünah,
Südəmər tiflün südi al qan olan yerdür bu yer.
Əhli‐Kufə birbəbir zibh eyləyər ətşan bizi,
Əkbərün al qan ilə ləbriz olar şəhla gözi,
Namurad oğlı ölən Leylanun heç gülməz yüzi,
Əhli‐Beytün göz yaşı ümman olan yerdür bu yer.
Həsrətü giryan şəhid eyləllə ətşan Qasimi,
Mürği‐bipərtək, ədu qolsuz salar Əbbasimi,
Zeynəbim Şimrü Sinan qoymazla dutsun yasimi,
Övnü Fəzlim azimi‐rizvan olan yerdür bu yer.
Busəgahi‐Müstəfayə Şimri‐dun xəncər qoyar,
Əşqiyalər düxtərani‐Heydərün rəxtün soyar,
Əsr vəqti xeymələr yeksər olanda pürşərar,
Abidi‐bimarım od içrə qalan yerdür bu yer.
Oxşadılar xırda qızlar göz yaşun dəryalərə,
At döşündə yüz qoyalla ahutək səhralərə,
Bir nəfər rəhm eyləməz, ətfali‐Ali‐Heydərə,
Bu cəlalü izzətim talan olan yerdür bu yer.
Əhli‐kin ətfalımun dəstin tənabə bağlıyar,
Rum əsiritək ədulər cümləsin naqəsəvar,
Nə`şün üstə göz yaşun Zeynəb tökər biixtiyar,
Zeynəbi‐biçarə sərgərdan olan yerdür bu yer.
Bu zəmini‐Neynəvadə zibh olar qurbanlarım,
Göz önündə can verər cananıma oğlanlarım,
Növhə eyləllər bu çöldə zikr ilə nalanlarım,
Nadimün qəlbi qəmə suzan olan yerdür bu yer.
Hüseyn Nadim Naxçıvani-Nehrəmi