21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) bu nəvəsi Bəni-Üməyyəyə qarşı qiyam etmişdi
27.11.2018

Zeyd ibn Əli 79-cu hicri ilində elm və fəzilət ailəsində doğulmuşdur. O, İmam Səccadın (ə) oğludur.

İmam Hüseynin (ə) şəhadətindən sonra Zeyd ibni Əli ilk Əli övladlarından idi ki, silahlı qiyam etmişdi. O, Bəni-Üməyyənin zülmünə qarşı qiyam qalxmışdı. Zeyd Peyğəmbər ailəsinin əlindən alınmış haqqını bərpa etmək istəyirdi. Bu qiyamdakı hədəfi müqəddəs hədəf idi. O, alim və doğru danışan bir insan idi. Zeyd daim insanları Allahın seçdiyi imamlara tərəf dəvət etmişdi, heç vaxt öz liderliyinə tərəf dəvət etməmişdi. Əgər qalib gəlsəydi, öz sözünə mütləq əməl edəcəkdi.

Zeyd qardaşı İmam Baqirdən (ə) sonra elm və fəzilət baxımından üstün insanlardan idi. Çox igid və səxavətli idi. İmam Hüseynin intiqamını almaq üçün qiyam edir və insanlarla əmr-be-məruf və nəhy-əz-munkər üzrə təbliğat aparırdı. Bəzi müsəlmanlar onun imam olduğunu düşünürdülər. Amma Zeyd dürüst insan idi, o, yaxşı bilirdi ki, atasından sonrakı imam qardaşı Məhəmməd Baqir olacaqdı və bunu insanlara çatdırırdı.

Zeydin qiyamı ağıl əsasında olmuşdu, heç bir nəfsani istəyə söykənməmişdi. O, insanlara İlahi höccəti tamam etmək və onlar üçün bəhanə yeri qoymamaq üçün qiyam etmişdi. O, hakimiyyəti qəsbkarların əlindən alıb, həqiqi sahibinə qaytarmaq istəyirdi. İmam Sadiq əmisinin bu qiyamına dəstək olmuşdu. Müsəlmanları onun cərgəsinə qoşulmaq üçün təşviq etmişdi.

İbni Əsir nəql edir: “Kufə əhlindən bir dəstəsi Zeydin qiyamından əvvəl İmam Sadiqin yanına gəlirlər. Həzrətdən bu qiyamla bağlı vəzifələrini soruşurlar. İmam onlara buyurur: “Ona qoşulun””.

O, Məhəmməd ailəsinin şəhidlərindəndir ki, zülmə qarşı qiyam etmişdi. İmam Baqir qardaşı haqqında buyurur: “Allah qardaşım Zeydə rəhmət etsin. Əgər o, qələbə çalsaydı, xilafəti sahiblərinə geri qaytaracaqdı”.

İmam Rza (ə) Zeyd barədə buyurur: “O, haqqa görə qiyam etdi və haqq yolunda öldürüldü. Əgər o, qalib olsaydı, xilafəti sahiblərinə qaytaracaqdı”.


Deyerler.org