22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Həzrət Zəkəriyyə (ə) Aşura hadisəsi ilə necə tanış olub?
03.12.2018

Qurani-Kərimin “Məryəm” surəsinin əvvəlində gələn کهیعص ("kaf, "hə", "yə", "əyn", "sad") elə hərflərdir ki, qeybi xəbərlərə işarə edirlər və Allah bu yolla bəndəsi həzrət Zəkəriyyəni (ə) məlumatlandırır.

Belə ki, həzrət Zəkəriyyə (ə) Allahdan istəyir ki, Ali-Əba üzvlərinin (həzrət Məhəmmədin (s) ailəsinin - red.) adlarını ona bildirsin. Vəhy mələyi Cəbrayıl (ə) bu adları öyrətmək üçün nazil olur.

Zəkəriyyə həzrət Məhəmmədin, Əlinin, Fatimənin, Həsənin adlarını çəkəndə qəm və qüssəsi aradan gedərdi. Ancaq İmam Hüseynin adını çəkəndə onu qəhər basardı. Bir gün Zəkəriyyə bununla bağlı Allaha müraciət edir: “Allahım, nə üçün mən o dörd nəfərin adını çəkən zaman qəm və qüssəm aradan gedir, lakin Hüseynin adını çəkəndə gözlərim yaşla dolur?”

Allah-Taala da İmam Hüseynin başına gələcəklərini "Məryəm" surəsinin əvvəlindəki simvolik hərflərlə ona izah edir. Belə ki, "Kaf" hərfi İmam Hüseynin Kərbəlasına, "Hə" həlakət və ölümə, "Yə" Yezid ibn Müaviyyəyə, "Əyn" imamın susuzluğuna (ətəş - red.), "Sad" isə səbirə işarə edir.

Bu izahdan sonra həzrət Zəkəriyyə çox təsirlənir. Üç gün məsciddən çıxmır və o günləri heç kimə icazə vermir ki, məscidə daxil olsun. Ağlamaq və nalə çəkməklə məşğul olur.

Sonra Allaha belə dua edir: “Allahım, mənə elə oğul ver ki, bu qoca vaxtımda gözlərim onunla aydın olsun. O zaman ki, bu oğlan uşağını mənə əta etdin, məni onun sevgisinin aşiqi et. Sonra məni onun müsibətinə düçar et, necə ki, həbibin həzrət Məhəmmədi (s) oğlu ilə bağlı müsibətə düçar edəcəksən”.

Deyerler.org