22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşura hadisəsinin İslamın qorunub saxlanılmasındakı rolu
05.12.2018

Sual oluna bilər ki, Kərbəla hadisəsinin İslam tarixi, müsəlmanların müqəddərati məsələləri və nəhayət, insanların səadətində rolu olması və ya ola biləcəyini necə bilmək olar? Bu sualın doğurduğu qaranlıqlara imkan daxilində aydınlıq gətirilməlidir.

Bildiyimiz kimi, bütün insanlar Kərbəla hadisəsini insaniyyət tarixinin yeganə faciəsi olmasa da, çox nadir hadisələrindən hesab edirlər. Əlbəttə, imamlarımızdan bizə gəlib çatmış xəbərlərə əsasən, biz inanırıq ki, buna oxşar hadisə baş verməyəcəkdir.

Amma bu barədə adəti üzrə sənəd və dəlil tələb edənlər üçün söz uzanmasın deyə, ehtiyat edib deyirik ki, bəşər tarixi ilə müəyyən qədər tanışlığı olan bütün tarixçilər bu hadisəni dünyada baş vermiş hadisələr içərisində çox nadir və qeyri-adi bir faciə kimi qiymətləndirirlər. Həqiqətən də, bu hadisə həm necə baş verməsi, həm müsibətinin böyüklüyü, həm xalq arasında xatirəsinin qorunub-yaşadılması və həm də cəmiyyətdə qoyduğu izlər baxımından digər hadisələrlə müqayisəolunmaz dərəcədə fərqlənir. Buna misal olaraq, hər il öz ölkəmizdə bu əzadarlığın təkrar olaraq keçirilməsi göstərir ki, heç bir hadisəni Kərbəla faciəsi ilə müqayisə etmək olmaz. Bu hadisə zamanı çəkilən zəhmətlər, təşkil edilən mərasimlər və tökülən göz yaşlarını sözsüz ki, digər hadisələrlə müqayisədə daha çox müşahidə edirik.

Mizbah Yəzdi