22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

10.12.2018

Aşura günü geridə qaldı, amma Aşura dərsləri hər gün bizimlədi. Dünyada nə qədər ki, zülm var, hər gün dünyada Aşuradır. Dünyanın hər bir yerindən yazarlar, fikir adamları bu mövzuda yazılar yazır, bu hadisəyə müxtəlif yöndən işıq salırlar.

Türkiyəli yazar Həsən Əli Qızıltorpaq da bir neçə gün öncə yazdığı "Kərbəla haqqı üçün" adlı yazısında bu mövzuya toxunub. Yazar Kərbəla faciəsini izah edərkən bir mühüm nöqtəni qeyd edir ki, imam Hüseyn (ə) hakimiyyət uğrunda mübarizə aparırdısa, heç döyüşməyə ehtiyac yox idi, çünki o bircə dəfə "Yezidə beyət edirəm" desəydi, istədiyi məqama sahib olacaqdı. Amma o, əksini etdi.

Yazıdan bəzi hissələri diqqətinizə çatdırırıq: "Zalımın zülmü ilə müqavimətin şahı Hüseynin (ə) üz-üzə gəldikləri günlərdəyik. Kərbəla faciəsi göstərdi ki, zalım nə qədər güclü olsa, məzlumun müqaviməti də o qədər anlamlı və güclü olur...

Hüseynin (ə) Kərbəla müqaviməti qələbə qazanmaq və bunun nəticəsində hakimiyyəti ələ keçirmək deyildi. Hakimiyyətdə olmaq üçün sadəcə bir kəlimə söyləməsi kifayət etdiyi halda, o, sayları minlərlə olan orduya qarşı haqqın kəlamını dilə gətirdi. Haqqın kəlamı həqiqətin özüdür. Həqiqət Kərbəlada 1400 ildir ki, Müaviyəyə, Yezidə lənət, Hüseynə (ə) rəhmət üzərində qurulub.

Əgər biz hələ də müqavimətdən danışa biliriksə, o müqavimət bizə Hüseynin (ə) mirasıdır. Hüseynin (ə) məqamı məzlumun məqamıdır". (Deyerler)