23 Noyabr 2024 - 23
Bu gecə axiri-ömrüm şəbi-hicrandı, bacı.
Mən sənə, oğlum Əli Leyliyə mehmandı, bacı.
Eyləsin zib kənar Əkbəri Leyla bu gecə,
Yatmasın sübhətək o, bülbüli-şeyda bu gecə,
Eyləsin öz gülünə yaxşı tamaşa bu gecə,
Sübh açılsa, görəcəkdi, gülü xəndandı, bacı.
Ümmü Leyla eləsin zinət Əli Əkbərimə,
Sürmə çəksin balamın ahu baxış gözlərinə,
Şanə vursun o mələk mənzərinin tellərinə,
Gərçi, zinətsiz özü, bir məhi-tabandı, bacı.
Əsğərim dərrəhi-cananidə candan keçəcək,
Əllərim üstə balam su yerinə qan içəcək,
Boğazın xəncəri-burran kimi peykan biçəcək,
Şiri-xarəm bu minadə, quzu qurbandı, bacı.
Gözüm Abbasə baxır, qəlbidə artır ələmim,
Verəcək baş, qalacaq başaçıq əhli-hərəmim,
Sınacaqdır qoşunum, həm yatacaqdır ələmim,
Şaxəsiz sərvi-qədi zinəti-meydandı, bacı.
Mən kəsik baş ilə tərvic edərəm Qur'anı,
Yıxaram kaxü-cəfavü sitəmi-üdvani.
Mirzə Əliəkbər Sabir.