21 Noyabr 2024 - 21
Sual: Aşura günü İmam Hüseyn (ə) öz düşmənlərindən su istədimi?
Cavab: İmam Hüseyn (ə) və onun tərəfdarları "Aşura" günündə olduqca susuz olsalar da, tarixin heç bir səhifəsində İmamın və onun dostlarının düşməndən su istəməsi yazılmayıb.
Düzdür ki, bəzi kitablarda və mərsiyələrdə bu barədə bir sıra şişirdilmiş mövzulara toxunulur, amma etibarlı tarix kitablarında, susuzluğun imama və dostlarına, həmçinin döyüşün gedişatına çox da mənfi təsir qoyduğuna rast gəlmirik. Aşura səhnələri barəsində yazılmış qədim ədəbiyyatları diqqətlə mütaliə etdikdə, oradakı şerlərdə və bir sıra yazılarda, susuzluğun imama və tərəfdarlarına əks təsir göstərdiyini oxumaq əvəzinə, onların düşməni zəlil etdiyini, şücaətdən dəm vurduqlarının şahidi oluruq.
Hətta düşmənin döyüş qaydalarını məcbur surətdə pozaraq, imamın (ə) döyüşçülərini ox atəşinə tutduqlarını və bəzəndə tab gətirməyib imamın əsgərlərinin qarşısından qaçdıqlarını oxuyuruq. İmamın döyüş meydanında ibni Ziyada xitabını buna nümunə gətirə bilərik:
«ألا و ان الدعی بن الدعی قد رکزنی بین اثنتین بین السلة و الذلة وهیهات مناالذلة یابی الله ذالک لنا و رسوله و المؤمنون و حجور طابت و طهرت و انوف حمیة و نفوس أبیة من أن نؤثر طاعة اللئام علی مصارع الکرام»
Bilin ki, zinazadə oğlu, zinazadə (ibni Ziyad) mənim qarşıma iki məsələ qoyub. Birincisi budur ki, gərək qılıncımı sivirib onunla vuruşum. İkincisi isə ona beyət etməklə "zillət" paltarını əynimə geyinim. Amma bilin ki, "zillət" bizdən uzaqdır. Bilin ki, peyğəmbər, imamlar və möminlər qeyrətli və izzətli şəxslərdir. Biz izzətlə ölməyi zillətlə yaşamaqdan üstün bilirik.
Amma təəssüflər olsun ki, bəzi kitablarda mərsiyələrdə etibarlı olmayan tarixlərə əsaslanan iddalar vardır ki, onların heç bir həqiqəti yoxdur. Bəzi mərsiyə oxuyanlarda məsələni elə çatdırırlar ki, dinləyicilər imamı şücaətli və cəsur tanımaq əvəzinə, əksinə olduqca məzlum və zəlil kimi tanıyırlar. Təbii ki, onlar bu sözləri heç bir tarixi məsələyə istinad etmədən danışırlar. Misal üçün o yalan və uydurmalardan biri budur:
İmam (ə) Ömər Səidin yanına gedərək ondan üç şey istəyir. Onun ikincisi sudur. Güya imam (ə) Ömər Sədə belə deyir:
«اسقونی شربة من الماء فقد نشفت کبدی من الظماء»
Ciyərim susuzluqdan yanır. Bizə bir az su verin: "Ömər Səd isə qəddarlıqla bu istəyi rədd edir".
Düzdür ki, bu mərsiyələr, dinləyiciləri daha çox kədərləndirir və ağladır. Amma bir tərəfdən də insanları şəkkə salaraq, düşmənlərə yeni bəhanə qapıları açır. Ayrı bir tərəfdən isə imamın (ə) izzətinə və şərafətinə xələl gətirir.
Ələddin Məlikov