21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla nə Kərbəla, dəşti‐bəladur Kərbəla
20.12.2018

Kərbəla nə Kərbəla, dəşti‐bəladur Kərbəla,
Xaki‐möhnət, dərdü qəm, bəzmi‐əzadur Kərbəla.

Məhşəri‐kərbü bəladür, naləvü əfğan yeri,
Firqeyi‐ənsardən ol Şahi‐məzluman yeri,
Zeynəbün qəlbi olan cövrü sitəmdən qan yeri,
Əhli‐eşqə bəstəri‐rahi‐vəfadur Kərbəla.

Müstəfa övladını bu Kərbəla nalan edib,
Qəm verüb, möhnətlərə qərq eyləyüb, giryan edib,
Şühədayi‐gülşəni nari‐fəraq suzan edib,
Sahibi‐eşqi bəlayi‐intəhadır Kərbəla.

Kərbəladə Əkbəri‐gülpirəhən oldu şəhid,
Qaldı axirda o çöldə Şafiyi‐məhşər vəhid,
Şadkam oldı bu dəştin macərasından Yəzid,
Qan ilə barəng olub kuhi‐Minadur Kərbəla.

Zeynəbi‐biçarənün həddən ötüb möhnətləri,
Qanına əlvan görən vəqt surəti‐Peyğəmbəri,
Xanəviran eylədün biçarə Ali‐Heydəri,
Çün Xuda məhbubinə xakun şəfadur, Kərbəla.

Bu Minayi‐Kərbəladə Övnü Cəfər doğranıb,
Şahi‐dinün dəsti üstə, təşnə Əsğər oxlanıb,
Həzrəti‐Əbbas ölübdür, məşki qan ilə dolub,
Yaxşı saxla çün onı, sahibdəvadur Kərbəla.

Nadimi‐biçarəyəm, canım fəda qurbanuva,
Olsa min canım, fəda verrəm sənün mehmanuva,
İstərəm göz yaşımı bir də səpim ünvanuva,
Hər günahım virdinə çünki dəvadur Kərbəla.

Hüseyn Nadim Naxçıvani-Nehrəmi