29 Oktyabr 2025 - 29
İmam Hüseynin (ə) şəhadət günəşini, məzlumcasına və qəribcəsinə cihadın günəşi adlandırmaq olar. Bu günəş Hüseyn ibn Əlinin (ə) və onun dostlarının vasitəsi ilə işıq saçdı. Zaman ötdükcə bu nurlu günəşin sönməz çöhrəsinin daha artıq aşkarlanması, Aşuranın faydalarının daha çox bəlli olması duyulur. Bu hadisənin baş verdiyi ilk gündən onun köklü təsirləri tədricən bəlli olmuşdur. Həmin günlərdən bəzi şəxslər üzərlərinə müəyyən vəzifələrin düşdüyünü hiss edirlər. Təvvabin (tövbə edənlər) hadisəsi baş verdi, Bəni-Haşim və BəniHəsən (ə) ailəsinin uzun mübarizələri qarşıya çıxdı, sonra hətta Bəni-Üməyyə əleyhinə Bəni-Abbas hərəkatı baş qaldırdı; hicrətin ikinci əsrinin ortalarında ozamankı İslam dünyasının bütün bölgələrinə, xüsusən də İrana, İranın şərqinə - Xorasana və digər yerlərə dəvətçilər göndərib zalım, hegemon və millətçi Əməvi hökumətinin məhvinə zəmin yaratdılar.
Ayətullah Xamenei
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto