22 Noyabr 2024 - 22
Təqlid mərcələrindən olan Ayətullah Şeyx Bəşir Nəcəfi elmi hövzənin tələbələri qarşısındakı çıxışında Əhli-Beytə sevginin təsiri haqqında gözəl bir məsələyə toxunub və öz araşdırmalarından əldə etdiyi qənaəti açıqlayıb:
"Neçə il idi ki, "Zumər" surəsinin 73-cü ayəsinin məna və təfsiri ilə məşğul idim. Ayədə belə deyilir: "Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər". Başqa sözlə, möminləri cənnətə tərəf çəkib apararlar. Özümdən soruşdum ki, nə üçün möminləri "cənnətə tərəf çəkərlər" ifadəsi işlənmişdir?
Bütün kitablara və təfsirlərə baxdım, amma bir cavab tapa bilmirdim. Nəhayət, bir gün “Biharul-ənvar”da İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayət gördüm. Rəvayətdə İmam Sadiq buyurur: “Seyyidüş-şühəda İmam Hüseynin dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, cənnətə daxil olmazdan öncə mövlaları Hüseynlə görüşsünlər. İmam öz sevənlərinin görüşünə gələr və bu görüş çox uzanar. Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf qarşı tərəfdən gözünü çəkməz. Nə imam öz sevənlərini buraxar, nə də Seyyidüş-şühədanın dostları öz mövlalarından könül üzərlər. Görüş o qədər uzanar ki, Allah cənnət məmurlarına buyurar: “Bu görüşə son qoymaq üçün bu möminləri və Hüseynimin dostlarını cənnətə tərəf çəkin”.
Bu, möminlərin ürəyində İmam Hüseyn sevgisinin gözəlliyinin əlamətidir.
Ayətullah Şeyx Bəşir Nəcəfi