21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ey olan ismi ‐ şərifi ərşə zinət, ya Hüseyn
02.01.2019

Ey olan ismi ‐ şərifi ərşə zinət, ya Hüseyn,
Şafiyi‐ruzi‐qiyamət, babi‐cənnət, ya Hüseyn.

Çün Mühərrəm aşikar oldı, gözüm ağlar müdam,
Qarəyə batmış təmam əhli‐vilayət, ya Hüseyn.

Xaneyi‐Peyğəmbəri bu ayda viran qoydular,
Kərbəladə zülm ilə əhli‐şəqavət, ya Hüseyn.

Şimri ‐ bidin yıxdı çün zülm ilə dari ‐ Heydəri,
Hülqüvə çəkdi sitəmlə yeddi zərbət, ya Hüseyn.

Dəstüvi öz saribanun qət` edüb rəhm etmədi,
Olmadı zibh olmağun əzbəs kifayət, ya Hüseyn.

Çün şəhid eylüb səni ə`da cəfadən doymadı,
Əhli‐Beyt oldı əsir, bu nə əlamət, ya Hüseyn.

Nə`şüvi birəhmlər meydanə üryan saldılar,
Xeyməgahə od vurub əhli‐şərarət, ya Hüseyn.

Qətlgəhdə Əhli‐Beyt əfğan ilən gəldi dilə,
Kərbəladə çün əyan oldu qiyamət, ya Hüseyn.

Kufəvü Şamı gəzən vəqt Zeynəbi‐bixaniman,
Eyləyərdi əhli ‐ Kufə eyşü işrət, ya Hüseyn.

Şamdə viranədə bikəs Səkinə sübhü şam,
Ac‐susuz viranədə çox çəkdi zillət, ya Hüseyn.

Nadimin Möhsün rəvağında əzadar olmağa,
Qismət eylə, eyləyim bir də ziyarət, ya Hüseyn.

Hüseyn Nadim Naxçıvani - Nehrəmi