21 Noyabr 2024 - 21
Sual: İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunub?
Cavab: İmam Hüseyn (ə) və bir çox onun səhabələrinin mübarək başlarının necə və harada dəfn olunması barədə şiə və sünni tarixlərinə nəzər saldıqda, bir- birindən fərqli nəzərlər görmək olar. Əlbəttə bütün nəzərlər barədə geniş və dəqiq təhqiq etmək lazımdır. Amma bir çox süni və şiə tarixçilərin nəzərlərinə əsasən orta məxrəcə gəlib bunu demək olar ki, "İmam Hüseynin mübarək başı Kərbəlada bədəninin yanında dəfn olunmuşdur. Amma bu barədə geniş məlumat ələ gətirmək üçün aşağıdakı tarixi nəzərlərə diqqət yetirmək üçün aşağıdakı tarixi nəzərlərə diqqət yetirmək lazımdır.
1) Kərbəla
Məşhur şiə alimlərinin və o cümlədən Əllamə Məclisininnəzərinə əsasən imamın mübarək başı Kərbəlada bədəninin kənarında dəfn olunmuşdur.
Mərhum Şeyx Səduq həzrət Əlinin (ə) qızı və İmam Hüseynin (ə) bacısı Fatimənin sözlərinə istinad edərək, imamın mübarək başının Kərbəlada dəfn olunmasını iddia edir. Amma mübarək başın gətirilməsi haqqında heç bir xəbər yazmır. Seyyid ibni Tavus imamın başının Kərbəlaya gəlməsini ilahi möcüzə hesab edir və bu haqda təhqiqat aparmağı da başlarına məsləhət bilmir.
Bəzi tarixçilər isə İmam Səccadın (ə) mübarək başın Kərbəlaya gətirib dəfn etdiyini yazırlar. Amma "ərbəin" və ya başqa günlərdə gəldiyi haqqında nəzərlər fərqlidir.
Amma mübarək başı, imamın kənarında və ya elə boğazının üstünə qoyub dəfn etməsi haqqında dəqiq məlumat verilmir.
Seyid ibni Tavus, bu barədə dəqiq təhqiqat aparmağı öz dövründə qadağan etmişdir.
Bəzi tarixçilərin nəzərinə əsasən, imamın mübarək başını Yezidin əmri ilə Dəməşqin darvazasından asırlar.
Üç gün orada qaldıqdan sonra xilafətin qiymətli əşyalarının içində saxlayırlar. Amma Süleyman ibni Əbdülməlikin dövründə onun göstəriçi ilə imamın mübarək başını xilafətin qiymətli əşyalarının içindən çıxarıb, Dəməşqin müsəlman qəbristanlığında dəfn edirlər.
Sonra isə Əbdülməlikin canişini Ömər ibni Əbdüləziz hakimiyyətə gəlir və imamın mübarək başını Dəməçq qəbristanlığından çıxarıb şəriətə əsasən Kərbəlada dəfn etdirir.
Bunu da qeyd edək ki, görkəmli sünni alimləri, o cümlədən Şəbravi, Şəblənci və Səbt ibni Nəvizi imamın mübarək başının Kərbəlada olduğunu yazırlar.
2) Nəcəfi əşrəfdə həzrət Əlinin (ə) qəbrinin kənarında olması.
Əllamə Məclisinin bəzi nəzərlərindən İmam Hüseynin mübarək başının Nəcəf şəhərində, atası Əlinin (ə) qəbrinin kənarında olmasını müşahidə etmək olar. Amma bu nəzərin ümdə iradı budur ki, həzrət Əlinin (ə) mübarək qəbri İmam Sadiqin (ə) harun ər- rəşidin dövrünə kimi) yaşadığı zamana kimi hamı üçün naməlum olmuşdur. Yəni o vaxta kimi imamlardan savayı kimsə o həzrətin qəbrinin yerini bilməmişdir. Necə ola bilər ki, Yezidin hakimiyyəti dövründə imamın mübarək başını Nəcəfdə İmam Əlinin (ə) qəbrinin kənarında dəfn etsinlər.
3) Kufə
Səbti ibni Cuzi belə bir nəzər irəli sürmüşdür: "Ömər ibn Hureys Məxzumi, imamın mübarək başını ibn Ziyadın vasitəsi ilə ələ gətirir və ona qusl verir, ətir vurur və kəfənləyərək öz evində dəfn edir."
4) Mədinə
Təbəqatul Kubra kitabının müəllifi ibni Səəd imamın (ə) mübarək başının Mədinə şəhərində olduğunu iddia edərək yazır:
"Yezid imamın başını Mədinənin hakimi olan Ömər ibni Səəd üçün göndərir. O, da başa qüsl verib kəfənləyərək, anası Fatimənin yanında dəfn edir."
Bu nəzəri bəzi əhli sünnə alimləri, o cümlədən, Xarəzmi, ibni İmad Hənbəli və başqaları qəbul edirlər.
Amma bu nəzərin də ümdə iradı budur ki, Xanım Zəhranın (ə) qəbri dəfn olunan vaxtdan bu günə kimi məlum deyildir.
5) Şam
Bir çox əhli sünnə alimlərinin bir- birindən fərqli nəzərlərinə əsasən, imamın mübarək başı Şam şəhərində dəfn olunmuşdur. Amma harada dəfn olunması haqqında nəzərləri aşağıdakı kimidir:
1. Şamda, Fəradis darvazasının kənarında çünki, sonralar orada "məscidül rəs" (baş məscidi) adında məscid də tikirlər.
2. Cami əməvi məscidinin bağında (ya onun kənarında).
3. Darul- imarədə, (Yəzidin sarayı)
4. Dəməşq qəbiristanlığında,
5. Tuma darvazasının yaxınlığında
6. Rəqqə
Rəqqə şəhəri kiçik şəhərlərdən olub, Fərat çayının sahilində yerləşir. Üçüncü xəlifə Osmanın ailəsi və qohumları bu şəhərdə yaşayırdılar. Bəzi tarixçilərin nəzərinə əsasən, Yezid imamın (ə) mübarək başını Osmanın qohumlarına göndərir. Onlarda başa qüsl verərək, kəfənləyib evdə dəfn edirlər. Sonralar o ev, məscid olur.
7. Misir (Qahirə)
Bir çox tarixçilərin nəzərinə əsasən, Misirdə 260 il hakimiyyətdə olan Fatimilər, şiə məzhəb olduqları üçün, İmam Hüseyinin mübarək başını Fəradis (Şamda) darvazasından çıxarıb Əsqəlana və oradan da Qahirəyə gətirmişlər. Qahirədə İmamın (ə) mübarək dəfn etdikləri yerdə "tacul Hüseyn" məqbərəsi ucalaraq oranı ziyarətgaha çevirmişlər. (v əsir)
Böyük tarixçilərdən olan Muqrizi, İmamın mübarək başının Qahirəyə gətirilməsini 548-ci (h. q.) ilə təsadüf etdiyini yazır:
"İmamın (ə) mübarək baını Əsqəlanda qəbirdən çıxaranda, imamın mübarək başının qanı hələ qurumamışdı.
Həmçinin imamın başında gözəl müşq ətri gəldiyini də bir çox tarixçilər nəql edirlər."
Müasir şiə alimlərindən olan Əllamə Seyid Möhsin Əmin Amili, İmamın (ə) mübarək başının Əsqəlandan Misrə gətirilməsini belə izah edir:
Mübarək başın dəfn olunduğu yerdə uca bir məqbərə və onun kənarında uca bir məscid tikilmişdir. Mən 1311-ci (h.q.) ildə oranı ziyarət etdikdə, orada çoxlu sayda qadın və kişilərdən ibarət olan ziyarətçilərdə gördüm. Əsqələndan o yerə gətirilən "baş" barəsində mənim heç bir şəkk-şübhən yoxdur.
Amma o başın həqiqətən imamın mübarək başının olub olmamasında kiminsə dəqiq məlumatı yoxdur. Yəni şəkk, başın gətirilməsində deyil. Kimin başının olmasındadir".
Həsən Hüseynov