03 Dekabr 2024 - 3
Kərbəlanın fəziləti və Ərbəin əhvalatına
işarə
Kərbəla yəni hərimi-hərəmi-paki-Hüseyn
Məcmə və meykədeyi-ləşkəri-bibaki-Hüseyn
Mədfəni-saqi və sərdari-qəzəbnaki-Hüseyn
Kərbəla zümreyi-məstanə təcəlligəhdı
Vadi və sahəti-mərdani-fəna fillahdı
Kərbəla yəni şəfaxaneyi-əhbabi-Hüseyn
Orda başsız yatışıblar hamı əshabi-Hüseyn
Bəzənib qan ilə səccadə və mehrabi-Hüseyn
Kərbəla kongereyi-nehzəti-Aşuradı
Bərtərin mərsiyəxanı oranın Zəhradı
Kərbəla Kəbeyi-amalidi Alullahın
Ucadı şənü-cəlalı o ziyarətgahın
Kərbəlayə nəzəri-xassəsi var Allahın
Gərdü-xakin oranın kim başına tac eləyir
Elə bil göylərə Taha kimi merac eləyir
Kərbəla yəni həman zivəri-taqi-mələkut
Rəşk edər torpağına səhnü-rəvaqi-mələkut
İşığı orda alar şəmü-çiraği-mələkut
Kərbəla rövşən edər mehri-fələk peymanı
Kərbəla olmasa zülmət bürüyər dünyanı
Günbəzi-Kərbübəla günbəzi-ərşin tacıdı
Kərbəla olmasa ərşin balı hətta acıdı
Kərbəla cürəsinin əhli-səma möhtacıdı
Teşnədi ərş özü qanlı hərəmin padaşına
Gündə min yol dolanar Kərbübəlanın başına
Kərbəlanın o pərişan rəvaqı altında
Eşqinin qəmli xəridarı xanım Zəhradı
Yadigari bu sözü lovhi-dilü-canə yazın
Kərbəla Yusufinin, taci-Süleymana yazın
Ya deyin Yusifə, ya sərdəri-Kənanə yazın
Qəbrinin torpağı iclali-Süleymanə dəyər
Başının bir tükü min Yusufi Kənanə dəyər
Kərbəla günbəzi zərrini-Bəni Haşimdi
Uca güldəstələri Əkbər ilən Qasimdi
Günbəz altında xudi-Ruhul-Əmin xadimdi
Kərbəla maxələqin sineyi-sədparəsidi
Əsğərin həşr olunca ora gəhvarəsidi
O beheşt ki, hamı görməyinin müştağıdı
Kərbəlanın deyə billəm balaca bir bağıdı
Oranın pərçəmi Əsğər ağamın qundağıdı
Pərçəm əsdikcə behişt əhli Hüseyn vay deyəcək
Əldə su camı hamı Əsğərə lay-lay deyəcək
Kərbəla vadiyi-qəmdi şərəf ayinəsidi
Xilqətin noqteyi-bərtərdəki gəncinəsidi
Oranın gənci Hüseynin yaralı sinəsidi
Ora bir yerdiki saysan sana gəlməz mühəni
Orda Zəhranın ayaqlandı, pozuldu çəməni
Hamımız gözləyirik ta gələ Məhdi ağamız
Gələcək gər eləsək hövsələ Məhdi ağamız
Alacaq bir qara pərçəm ələ Məhdi ağamız
Neynəva faciəsindən ağa dadə gələcək
Kərbəlayə baş açıq payi-piyada gələcək
Düşəcək əmməsi Zeynəb kimi dəryayi-qəmə
Bilmirəm Əlqəmə əvvəl gedəcək, ya hərəmə
Vuracaq busə zərih üstə o qarə ələmə
Anası Fatimətək rəxti-müsibət geyəcək
Cəddinin qətligəhində özü nohə deyəcək
Təllin üstə ayağın qoysa deyər can əmmə
Neylədi əllərinə xəncəri-üryan əmmə
Şamidən bir gün ora dərdü-müsibət hacısı
Yaralı başda qara, cismidə qəmçi acısı
Ərbəin saxlamğa gəldi Hüseynin bacısı
Qara torpağa üzün qoydu dedi can qardaş
Zeynəbin gəldi oyan, harda yatıbsan qardaş
Bilirəm burdadı indi ləçəyi qarə anam
Sən düşən məqtələ haşa ayaq üstündə gələm
Üzü üstündə süründü o xanım yeddi qədəm
Bu həmin yerdi dedi qana büründün yaralı
Xeymələr səmtinə məqtəldə süründün yaralı
Oldu bərpa o çuxur yerdə əza əncüməni
Sərdi qəbr üstünə oxlar dağıdan pirəhəni
Yoxdu fərşilə çirağım dedi əfv eylə məni
Xəbər alma necə pirəhənin aldım qardaş
Alınca bunu mən Şam içrə qocaldım qardaş
Köynək altında nihan eylədi yarə biləyin
Göyərən surətinin üstünə saldı ləçəyin
Yaxasın açdı Hüseyn qəbrinə qoydu ürəyin
Demədi yarə ürək müstəhəqi-müalicədi
Dedi qardaş de görüm yarəli sinən necədi
Yarəli sinənə bu yarəli sinəm qurban
Sinən üstündəki, qurbanə Səkinəm qurban
Qan coşan məqtəlinə Məkkə, Mədinəm qurban
Demirəm Zeynəbinə tazə nəfəs ver yaralı
Mənə yox, qara ləçək qızlara səs ver yaralı
Qəbrini görməyinə qəlbi uçanlardı bunlar
Can alan qəmçilərə şəhpər açanlardı bunlar
Əlləri başda biyabanə qaçanlardı bunlar
Nitqə gəl qəmli əsiranı sevindir yaralı
Əkbərin eşqinə Leylanı da dindir yaralı
Gərdi-porsuzi-qəmü-dərdə batanlardı bunlar
Günüz əşkin mələşib qanə qatanlardı bunlar
Gecələr ac quru yerlərdə yatanlardı bunlar
Dilşikəstə hərəm ahulərinin könlünü al
Yəsribə qafiləmi başla azan ver yola sal
Eləyir qəlbi Rübabın mühənü-dərdi kəbab
Hamıdan dalda qalıb əldəki bir kaseyi-ab
Teşnələb Əsğərinə su gətirib qəmli Rübab
Dildə eşqin közünü sən də alışdır yaralı
Zeynəbin qəmli Rübabın da danışdır yaralı
Fərhəng Xudayi Ərdəbili