03 Dekabr 2025 - 3
Allaha şükür olsun ki, İmam Hüseynin mübarək şəxsiyyətini və Kərbəla qəhrəmanlarını tanımağı bizə nəsib edib. Və bu o qədər böyük nemətdir ki, biz bunun fərqində olsaq hesab-kitabını edə bilmərik. Öz-özündə bir çox şeyləri həll edən bir nemətdir. Başı dünyaya qarışan bizləri özlərinə qaytaran bir nemətdir.
Hüseyn əzadarlığı çox böyük bir nemətdir. İçində hər şey. Düşüncə var, təfəkkür var, anlama var, eşq var, hisslərin cuşə gəlməsi var, dostla dostluq var, düşmənlə düşmənlik var, dərslər və ibrətlər var.
Əba Abdullah buyurur ki, “İnsanlar dünyanın qullarıdır. Din onlar üşün ağız suyu kimi birşeydir.” Mənafeləri təmin oluncaya qədər dindardırlar. Çətinliklə imtahan olunduqda isə dindarlar azalar. Hər zaman üçün, hər dövr üçün, hər vəziyyət və şərait üçün aktual mövzudur. Yəni dərəcələri var. Kim harada, nə vaxt, necə dindən keçər. Dini itirməyə hazır olar. Axıra qədər İslami kimliyini, İslamını, inancını saxlayanlar az olarlar. Bunu İmam Hüseyn (ə) deyir.
İlqar İbrahimoğlu
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto