29 Oktyabr 2025 - 29
Məhərrəmliyi yaşatmaq, ruhu məhərrəmlik ovqatına gətirmək mövzusu, İmam Hüseynə (ə) göz yaşı tökmək mövzusunun açıqlanmasını labüd edir. Məhərrəmlik əza ayıdır, əzadarlıq ayıdır. Bir aydır ki, burada Əba Əbdillahın (ə) müsibətini yaşatma baş verir. Bu ayda müsəlmanar İmam Hüseynin (ə) başına gələn müsibəti yaşayırlar. İnsanlar bu dönəmdə əzadarlıq edirlər. Şüurlu surətdə, iradəvi surətdə insanlar qəmli olarlar məhərərəmlikdə.
Necə Qədir-Xum günü şadlanmaq, şadlıq zəminləri yaratmaq günün əməllərindəndlir, Aşura günü də qəmlənmək gününün əməllərindəndir. Dinimiz Qədir-Xum günündə müsəlmanın iradəvi şadlanmasını necə istəyirsə, məhərrəm dönəmində də iradəvi qəmlənməsini istəyir. Bunun iradəviliyindədir bərəkət. Təbərrüklük-qəm fəlsəfəsini dərk edərək, iradəvi surətdə bunu yaşatmaqdan qaynaqlanır. Bu müsibəti yaşatmağın, əzanı saxlamağın ayrılmaz xüsusiyyəti, ünsürü-səmimi göz yaşlarıdır.
İlqar İbrahimoğlu
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto