22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Fəsadın kökü: Mən nisyə olan Behişt hurilərini nəğd olan şəraba dəyişməyə hazıram
14.01.2019

Belə bir ailədə tərbiyə alaraq bu cür adamların mədəniyyəti ilə böyümüş Yezidin İslam dini adı ilə camaata başçılıq etmək istədiyi dinə zərrə qədər də olsun etiqadı yox idi. Ehtiyat və uzaqgörənliyi olmayan bir, özbaşına, şəhvətpərəst, təcrübəsiz əyyaş və düşüncəsi az olan bir insan idi. Kefcil, qorxu bilməyən, ağılsız, gənc idi. Nəfsani meyllər əlində əsir olmuş Yezid hakimiyyətə gəlməzdən əvvəl həvayi-həvəs hakimiyyətə gələndən sonra heç olmasa atası kimi İslamın zahirinə də əməl etmədi.

Ruhunun qorxmazlığı və həvayi-nəfs nəticəsində İslamın müqəddəs işlərini də, o açıqcasına ayaq altına ataraq şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni etdi. Gecə məclislərində əyan-əşrafla açıq-aşkar şərab içir və günah edirdi. O oturub şərab içərkən heç bir qorxu hiss etmədən aşağıdakı məzmunda şerlər deyərdi: "Ey mənim piyalə dostlarım! Qalxın və xoşavaz xanəndələrin səsinə qulaq asın. Şərab piyalələrini bir-birinin ardınca başınıza çəkin və elmi-ədəbi söhbətləri bir qırağa qoyun. Saz-avaz sədası mənə azan və "Allahu əkbər" səsini eşitməkdən daha xoşdur. Mən (nisyə olan) Behişt hurilərini (nəğd olan) şərabla dəyişməyə hazıram. Nəğd mal nisyə isə Qiyamətə əqidəsi olanların olsun!"

Yezid bu cür həyasızlığı ilə, peyğəmbəri və İslamın müqəddəs etiqadını ələ salırdı. O, "vəhy nazil olmasını" açıq-aşkar inkar edir cəddi Əbu Süfyan kimi xam xəyal hesab edirdi. İmam Hüseynə (ə) zahiri qələbə çaldıqdan sonra bu məzmunda bir şer deyir: "Haşim hökumət və mülklə oyun nə də vəhy nazil olmuşdur." O, Bədr döyüşündə vuruşaraq Yezidin qohum-əqrəbasını qılıncdan keçirmiş İslam fədailərinə olan kin-küdurətini aşkar edərək İmam Hüseyni öldürməyi bunlara əvəz kimi hesab edib deyir: "Kaş Bədr döyüşündə Yezid! ölmüş böyüklərimiz indi sağ olub deyəydilər: Afərin".

Bir dəfə Müaviyə Yezidi Roma imperiyası ilə döyüşə göndərdi. (Müaviyə bununla həm də mübarizə və döyüş, Yezid təkcə kef adamı deyil, bildirmək istəyirdi.) Süfyan ibn Ovf Qamidini də onunla göndərdi. Yezid sevimli arvadı Ummu Külsümü də özü ilə apardı. Süfyan Yeziddən qabaq ordu ilə birlikdə Roma imperiyasının torpaqlarına daxil oldu. Oranın pis iqlimi nəticəsində İslam ordusu Qəzqəzunə adlı bir yerdə qızdırma xəstəliyinə tutuldu. Belə bir vəziyyətdə Yezid öz kefi ilə məşğul olub deyir: Daha nəyimə lazımdır, "Dəyri-Murran adlı bir yerdə Ummu Külsüm də yanımdadır İslam ordusu Qəzqəzunədə qızdırmaya tutulub ölür" ki ölkənin cavanlarına və ordusuna bu qədər biganə olan şəxs, Məlumdur ki, hakimiyyətə gələrsə, İslam ümmətinin başına gör nələr gətirər.

Yezidin sarayı günah mərkəzinə çevrilmişdi. Onun sarayındakı günahların mənfi nəticəsi o qədər yayılmışdı ki onun qısa müddətli hakimiyyəti dövründə hətta Məkkə və Mədinə kimi şəhərlərin müqəddəs mühiti də pozulmuşdu. Yezid axırda öz kefinə görə canını əldən verdi və çox şərab içmək onun zəhərlənməsi və nəhayət ölümü ilə nəticələndi.

İslam aləminin görkəmli tarixçilərindən olan Məs’udi deyir: "Yezidin camaatla olan rəftarından bəlkə də Fironun rəftarı yaxşı idi." Firon kimi davranırdı alçaq həyat sürməsinə və zalım hökumətinə dair, Yezidin fəsad və pozğunluğuna şahid və faktlar o qədərdir ki, bu deyilənlər Yezidin əsl mahiyyətini tanımaq üçün kifayət deyil. Onların hamısını bu qısa bəhsdə qeyd etmək mümkün deyil.

Mehdi Pişvayi