23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseyn bir zamana aid deyil...
16.01.2019

İmam Hüseynin inqilabı baş tutduqdan sonra sabit oldu və möhkəmləndi. İmam Hüseyn bir zamana aid deyil. Bəs biz nəyə görə deyirik hər gün Aşura, hər yer Kərbəla? Yəni bütün günlər Aşura və bütün yerlər Kərbəla ola bilər. Buna müxtəlif nəzərlərdən baxmaq olar. Biri də budur ki, hər gün haqq batilə qələbə çala bilər. Hətta haqqın tərərəfdarları az olsa belə.

Onlar istəyirdilər ki, hazırladıqları proqramı Kərbəlada İmam Hüseynə qarşı tədbiq etməklə bu xəttin qarşısını alsınlar. Hətta Kərbəlada həyata keçirdikləri proqramı Aşuradan sonra da dayandırmadılar. Çünki onlar gördülər ki, möhkəm bir məktəbin bünövrəsi qoyulub. Yəni nə qədər bu məktəb davam edəcəksə, bizim proqramımız da davam etməlidir.

İmam Hüseynin eşqi, şücaəti və məntiqi bunların qarşısını kəsdi və bu gün də həmin eşq, həmin məntiq davam edir.

Əhliman Rüstəmov