22 Noyabr 2024 - 22
İmam Hüseyn (ə) yardımçılarını tarixi hərəkətə gətirmiş fədakarlığı, isarı və cihadı zərbülməsələyə çevrildi. Bu insanlar həyata və ölümə əzəmət vermək iftixarı qazandılar. Onların xatirəsi ilham mənbəyi, adları əzəmət simvolu oldu. Bu mücahidlər İslam nihalını öz qanları ilə suvardılar, din və azadlığa ikinci həyat verdilər. Bəli, beləcə, ölümdən həyat zühur edir. Bu yolla fəna bəqa yaradır, şəhidin al qanı əbədi bir xatirə rəsmi çəkir, şəhidlər tarixin ideallarına çevrilir. Bəli, məhz bu insanlar dindarlıq, təqva, ilahi hökmlərə keşikçilik, Quran və imamın haqq və ədalətin müdafiəsi, azadlıq və haqtələblik, bir sözlə bütün fəzilətlərdə nümunəyə çevrilirlər. Sözümüzün canı aşura, əməl meydanı isə Kərbəladır!
İslam Peyğəmbərinin (s) vəfatından yarım əsr keçmiş hicri 61-ci ildə İslam cəmiyyətinə dini təhrif edən, azadələri dara çəkən, ilahi hədləri ənənələrini dirildən, cahiliyyət ən dünyapərəst, zalım, qarınqulu insanlar hakim oldular. Amma bu sadalananlar onların kiçik günahları idi. Bütün bu fəsadlara qarşı Hüseyn ibn Əli (ə) qiyam etdi. Onun məqsədi İslam ümmətini Yezid kimi günahkarın hakimiyyətindən qurtarmaq idi. Olduqca ağır bir zəmanə idi. Zaman insanları elə bir sınağa çəkirdi ki, bu sınaq qarşısında həqiqi dindarlar, mücahid kişilər az tapılırdı. İnsanların əksəri dünya həyatına üz tutmuşdu! İmam (ə) haqqı və İslamı dirçəltmək üçün öz möhkəm vəfalı haqtələb tərəfdarları ilə meydana qədəm qoyub, Yezidə qarşı qiyam qaldırdı. Onun səhabələri az idi. Amma Aşura üçün mühüm olan kəmiyyət yox, keyfiyyət idi. Bu meydanda yar imam və şəhadət eşqi, qoşununda olması bu cəbhəyə xüsusi bir nəvi görkəm verirdi. Parlaq simalardan, tanınmış şəxsiyyətlərdən, qəhrəmanlıq dastanları yaradan şücaətli şirlərdən biri ilə tanış olacaqsınız. Olsun ki, bu tanışlıq böyük insanların yolunu izləməkdə bizə yardımçı olsun. Bu abid və arif qəhrəman Həbib ibn Məzahirdir. Bu ad sizlərə yaxşı tanışdır. O, Hüseyn (ə) Kərbəlası, şəhadət aşurası ilə qırılmaz əlaqələrə malikdir. Aşura hadisəsinin ziləri hətta Həzrətin iştirakçılarından və Peyğəmbərin (s) hüzurunda olmaq iftixarına malik idilər. Bu qiyamın bə həzrət Əli (ə) ilə çiyin-çiyinə həqiqət uğrunda vuruşanlar idi. Bu Həsənin (ə) səhabəsi hesab olunurdu. Bu insanlar nəhayətdə Hüseyn ibn Əliyə (ə) Kərbəlada yardımçı olmuş və bu yolda şəhadətə yetişmişdilər. Həbib ibn Məzahir və Hüseynin (ə) digər yoldaşlarının Aşuradakı məqamı insanda qibtə doğurur. Bu barədə İmam Sadiqin (ə) çox dəyərli buyuruqları var. İmam Sadiq (ə) həmin bu insanları «Allahın övliyaları və dostları», «Allahın seçilmişləri», «Allah dininin yardımçıları», «Peyğəmbər (s), Əli (ə), Fatimə, Həsən (ə), Hüseynin (ə) ənsarı», «Həqiqi paklar» və bu kimi digər ləqəblərlə yad etmişdir. Özünüz deyin, İslam qədər insan sərmayəsinə malik olan məktəb, ayin, millət, irq varmı?! Hansı məsləkdə və dində bir bu qədər görkəmli şəxslər tapa bilərsiniz?!
Salam olsun belə bir İslama! Salam olsun İslam və Quran keşiyində dayanmış bu pak insanlara, əbədi şəhidlərə! Bu insanlar əsl nümunə, əsl ideallardır. Ümid etmək olar ki, bu ilahi nümunələr hamımız üçün, İslam cəbhəsinin bütün döyüşçüləri üçün, dünyanın bütün azad insanları üçün kamillik və fəzilət çeşməsi olsun.
Cavad Mühəddisi