20 May 2024 - 20

20 May 2024 - 20

Aşura inqilabının mahiyyəti və səbəbləri
18.01.2019

İmam Hüseynin (ə) inqilabı barədə bir sıra suallar vardır ki inqilabın səbəblərinin aydın olması məhz o sualların cavabından asılıdır.

Suallar belədir:

1. Əgər Yezid İmam Hüseyndan (ə) beyət almaq üçün onu sıxışdırmasaydı İmam Hüseyn (ə) yenə qiyam edəcəkdi?

2. Kufə camaatı İmam Hüseyni (ə) Kufəyə dəvət etməsəydi, yenə bu qiyam baş verəcəkdi?

3. Bu qiyam və çevriliş bu günkü zəmanədə materialistlərin irəli sürdüyü korkorana və hesabsız ictimai partlayışdır yoxsa hesab-kitablı və əvvəlcədən hazırlıqlı, bir qiyamdı?

Bu sualların cavablarının aydın olması üçün əvvəlcə bunu qeyd etməliyik ki, adətən təkmahiyyətli olan təbii şeylərdən fərqli olaraq ictimai hadisələr ola bilsin bir neçə mahiyyətə malik olsun. Məsələn, bir filiz eyni zamanda həm qızıl həm də mis mahiyyətini daşıya bilməz. Ancaq ictimai hadisələrin eyni zamanda həm bir neçə cəhəti ola bilər və həm də onun meydana çıxmasında bir neçə vasitə təsir göstərə bilər. Lakin eyni zamanda həmin inqilabın hücum mahiyyəti də ola bilər. Üstəlik reaksiya mahiyyəti daşıdığı anda ola bilər bir hadisəyə qarşı mənfi reaksiya versin digər bir hadisəyə isə müsbət reaksiya. İmam Hüseyn (ə) inqilabı da bu cür hadisələrdən idi və bu cəhətlərin hamısı onda mövcud olmuşdur. Çünki həmən inqilabın müxtəlif səbəbləri olmuşdur.

Mehdi Pişvayi