23 Noyabr 2024 - 23
İmam Hüseyn bu vəzifəni həyata keçirmək üçün qiyam etdi. O hansı vəzifə idi? Biz bilirik ki, Müaviyə nəsli təxmini 90 il hakimiyyətdə oldu. Həzrət Əlinin xəlifəliyindən qabaq bunlar gəldi İslam öz normal yolundan çıxarmağa. Bunlar istəyirdilər öz nəsillərinə qulluq etsinlər. Əbu Süfyan nəslini hakimiyyətə gətirmək fikrində idilər. Müaviyə nəslinin apardığı siyasətlərdən biri qəbiləçilik siyasəti idi.
Biz İslam tarixinə müraciət edəndə görürük ki, ərəblər içərisində İslam dinindən qabaq qəbiləçilik adəti ənənəvi yer almışdı. Hər bir qəbilənin özünün rəisi var idi və onlar öz rəislərinə tabe idi. Məsələn bir şəhərdə yüzlərlə qəbilə olardı. Yəni hər bir nəsil özünə görə bir qəbilə hesab olunurdu. Bir qəbilə digər bir qəbiləyə heç bir zaman tabe olmazdı. Buna görə də qəbilələr arasında daim döyüşlər olurdu. Ən sadə və mənasız bir şeylərin üstündə müharibələr çox olardı. Qəbiləçiliyin, tayfaçılığın vurduğu zərərlər də həddən artıq idi.
İslam dini gəldikdən sonra peyğəmbərimiz və dinimiz də bu qəbiləçiliklə şiddətli şəkildə müxalifətçilik etdi. Bilirik ki, peyğəmbərimiz bu qəbiləçiliyi tədricən aradan apardı. Və hamıya başa saldı ki, hamı insandı, hamı bəşərdi, hamının dəyəri var, qadın da, kişi də, ərəb də, qeyri-ərəb də bərabərdi. Heç birinin arasında fərq qoyula bilməz.
Xəlil İsmayılov