22 Noyabr 2024 - 22
İbn Ziyad Hanini tutanda qorxdu. Haninin tayfası deyirdilər ki, siz Hanini öldürmüsünüz. İbn Ziyad Şüreyh Qaziyə dedi ki, get gör Hani sağdırsa, bunu camaata xəbər ver. Şüreyh gördü ki, Hani ibn Ürvə sağdır, amma yaralıdır. Haninin gözü Şüreyhə düşdükdə çığırdı ki, ey müsəlmanlar! Bu nə vəziyyətdir? Bəs mənim qəbiləm haradadır? Nə üçün mənim yanıma gəlmirlər? Nə üçün gəlib məni buradan xilas etmirlər? Məgər ölüblər? Şüreyh Qazi deyir ki, Haninin sözlərini darül-imarənin ətrafını tutmuş şəxslərə demək istəyirdim, amma təəssüf ki, Übeydullahın casusu orada idi və mən cürət etmədim. "Cürət etmədim" nə deməkdir? Yəni bizim dünyanı dindən üstün tutmaq adlandırdığımız məsələ. Bəlkə Şüreyh xalqa "Hani sağdır, amma yaralıdır, zindandadır və Übeydullah onu öldürmək istəyir" desəydi, Übeydullah hələ qüdrətlənməyindən, onlar tökülüb Hanini xilas edərdilər. Hanini xilas etməklə qüvvə əldə edərdilər, ruhiyyələri yüksələrdi, darül-imarəni mühasirə edər, Übeydullahı tutardılar; ya öldürərdilər, ya da göndərərdilər getsin. Sonra Kufə İmam Hüseynin (ə) olardı, daha Kərbəla hadisəsi baş verməzdi. Kərbəla hadisəsi baş verməsəydi, yəni İmam Hüseyn (ə) hakimiyyətə gələcəkdi. Hüseyn hökuməti əgər 6 ay da sürsəydi, tarix üçün çoxlu faydaları olardı. Hərçənd onun daha artıq sürməsi də mümkün idi. Bəzən yerli bir hərəkət tarixi xilas edir və bəzən qorxudan, zəiflikdən, dünyagirlikdən və yaşamaq hərisliyindən qaynaqlanan yersiz bir hərəkət tarixi azğınlıq batlağına sürükləyir. Ey Şüreyh Qazi, nə üçün Haninin o vəziyyətdə olduğunu gördükdə haqqa şəhadət vermədin? Dünyanı dinə tərcih edən aparıcı insanların eybi və nöqsanı budur.
Ayətullah Xamenei