23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin qiyamında hakimiyyət faktoru
14.12.2017

Əhli-beyt (ə) elə bir məqam sahibi deyil ki, biz özümüzdən onlarçün nəsə qoşaq fəzilət olsun. Bizim vəzifəmiz axtarış edib onların göz qabağında olan fəzilətlərini xalqa təqdim etməkdir. Bəzən görürsən məsum imamın fəzilətlərini bilmir deyə özündən qoşur. Efirdə mənə sual verdilər ki, deyirlər İmam Hüseynin (ə) qiyam eləməkdə məqsədi hakimiyyət olub. Deyirəm hakimiyyət nədən üçündür? Deyir hakimiyyət eləmək üçün, yaşamaq üçün, müdiriyyət eləmək üçün, dünyada rahatlıq görmək üçün və s. Bir adam əgər deyirsə "Cəddim peyğəmbərin dini əgər mənim ölməyimlə yaşayacaqsa ey qılınclar doğrayın məni" burada hansı hakimiyyət eşqindən danışmaq olar? Necə ola bilər ki, bir adam həm hakimiyyət sahibi olmaq istəsin, həm də öz sinəsin oxun, qılıncın qabağına verib şəhadət mərtəbəsinə yüksəlsin? Nə qədər düşüncəsiz olmalısan ki, bir adamın oğlunun, qardaşının şəhid olmasını, ailəsinin əsir olmasını, xeymələrinin yanmasını və dünyada nə varıydısa hamısının qurban verilməsini bilib adına hakimiyyət eşinə deyəsən. Bir adam ki ölür nə hakimiyyət?! İmam Hüseyni kimlə müqayisə edirsiz?! Bəni-üməyyə ilə müqayisə edirsiz ki, oğlunun başını kəsib hakimiyyətə gəldi? Bəni-abbasla müqayisə edirsiz ki, atasını yatağında öldürüb hakimiyyətə gəldi? Xosrov Pərvizlə müqayisə edirsiz ki, ata-bala bir-birini öldürdülər ata öldü bala hakimiyyətə gəldi? Doğurdan dünya bu əqidədədir ki, İmam Hüseyni bununla müqayisə edir ki, Stalinə zəhər verdi öldürdü ki, özü gəlsin hakimiyyətə gəlsin. Bu cür düşünənlər yəni bu qədər dar düşüncəli insanlardır? İmam Hüseyn (ə) deyir ki əgər "Cəddim peyğəmbərin dini əgər mənim ölməyimlə yaşayacaqsa ey qılınclar doğrayın məni" Qılınclara xitab edir, adamlar o qədər çirkinləşib o qədər pisləşib İmam Hüseyn adamlara xitab etmir, onlara müraciət eləmir qılınclara deyir gəlin doğrayın məni. Bu adam doğranmaq istəyir hansı hakimiyyətdən danışırsan? Hansı vəzifədən danışırsan?

İmam Mədinədən çıxanda deyir ki, Allahım sən özün bilirsən mən nə hakimiyyət eşqinə düşməmişəm, nə zülm eləmək istəmirəm, nə yer üzündə fəsad eləmək istəmirəm. İstəyirəm "əmr be məruf nəhy-əz munkər" edim və istəyirəm atam Əlinin və cəddim peyğəmbərin yolu ilə gedəm. Başqa yolum yoxdur. Başqa fikrim yoxdur.