21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmamət məsnədində mərdi-dana olmasa, olmaz
24.01.2019

İmamətin keyfiyyəti və İmam Hüseynin (ə)
təfəzzülü


İmamət məsnədində mərdi-dana olmasa, olmaz.
İmamın helmi kuh və elmi dərya olmasa, olmaz.

Şüur istər həqiqət dərki biünvan və şəxsiyyət,
Yəhudi, ya məsihi əhli-məna olmasa, olmaz.

Əsasi etiqadi şiədən ədlu-imamətdir
O da min canibillah xəlqə mövla olmasa, olmaz.

Bilən var Səd Vəqqasın başında neçə milyon tük,
Bəli, məsum olan bu elmə dara olmasa, olmaz.

Bir iddə guya məmuridir bu əmrə İranda,
Təşəyyö mane vəhdətdi ilğa olmasa, olmaz.

Şəyatin istəyir dansın imamın elmini əvvəl,
Əli çün elmdə Əbu-Bəkrə həmta olmasa, olmaz

Sonra tədricən etsin Əhli-Beytin ismətin ketman
Məqami Ayişə xəlq içrə ülya olmasa, olmaz.

Bilin agah olun millət, bunlar məmuri düşməndir

Hüseynin düşməni xəlq içrə rüsva olmasa, olmaz.

O kəslər ki, Müaviyyəyə əmirəlmöminin söylər,
Onlar əhli-həqiqətdən mücaza olmasa, olmaz.

Cahanda höccətullah bilməyin hər nikbətullahi
Əmir əl-möminin dəryayi təqva olmasa, olmaz

İmamət şəxsi məsumundu ələmdir xəlayiqdən,
Sərpa elm, ecaz və müəmma olmasa, olmaz.

Yəhudi doktoru gətirdi mətəbdə bir yetim ağlır,
Deyir, ya Rəbb, əlac eylə, müdava olmasa, olmaz.

Sual etdi nədir dərdin, bəyan eylə edim dərman,
Dedi naxoş anam var, çarə peyda olmasa, olmaz.

Atam əldən gedib tazə, anam tənha ümidimdir,
Yetiməm sərpərəstim yox bu tənha olmasa.ş olmaz.

Səni verrəm qəsəm mövla Hüseynə, bir əlac eylə,
O ölsə, mən də ölləm, əhdim ifa olmasa, olmaz.

Hüseyn adın eşitdi ol yəhudi oldu narahat,
Dedi var bir dəvası, gər mühəyya olmasa, olmaz.

Sarı bir at kəsin cigərin eyləyin hazır
Təbibin nüsxəsi diqqətlə icra olmasa, olmaz.

Yetim binəva həsrətlə boynun çiyninə qoydu.
Töküb göz yaşın ərz etdi Xudaya, olmasa olmaz.

Yetiməm, yoxdu imkanım, mənim kəs başım iqdam et,
Təsəddüqlən əgər rəfi bəlaya olmasa, olmaz.

Dilə gəldi təbib onda açıb ağzın şəmatətilən
Dedi bir yol nişan verrəm get, amma olmasa, olmaz.

Sizin ərbabınızın ki, şöhrəti dünyanı doldurmuş,
Hüseynə get sızılda yalvar ağla, olmasa, olmaz.

Hüseynin ilxısında yaxşı rəngarəng atlar var,
Nolar versə birin, aya, bu yolda olmasa, olmaz.

Qayıtdı boynu çiynində, əli qoynunda, gözü yaşlı,
Ədu bəzən səbəbdir xeyrə, yoxsa olmasa, olmaz.

Kərəmi dərgəhini gördü açıq oldu pənahəndə,
Dedi gəlsin ağam, dərdim var, ifşa olmasa, olmaz

Yetimi çün Hüseyn gözdən tanırdı aldı ağuşə,
Dedi dərdin de, əmri fori mücra olmasa, olmaz

Atan ölcək səni Allah mənə tapşırdı, əmr eylə,
Əgər Əkbər kimi sənlən müdara olmasa, olmaz.

Ürəkləndi, dedi, ya səyyidi, qıl çarə, naçarəm,
Əlac əldən gedir, səyu-təqəlla olmasa, olmaz

Anam əlan ölür, məndən nə istir gör təbib, amma
Sarı bir at deyir kəsdir, və illa olmasa, olmaz

İmam əmr elədi, forən bir sarı at zibh olsun,
Bəli, müşgülqoşa hər işdə guya olmasa, olmaz.

Cigərin verdilər qaçdı səna quyan, dua quyan,
Yəhudi görcəyin gördü ki, haşa olmasa, olmaz.

Dedi bu sarı at nədir, gərək qırmızı at olsun,
Bunu qaytar, denən gər qırmızı at olmasa, olmaz.

Qayıtdı bir də məyus və məlul ol tifli sərgərdan,
Görüb şaha yenə ərzi qəzaya olmasa, olmaz.

Utandı, keçmədi səhnə qapıda tökdü göz yaşın,
Hüseyn ibn Əli gördü təsəlla olmasa, olmaz.

Dubarə könlünü aldı doyunca təsliyət verdi,
Buyurdu həlli müşkül bu qapıda olmasa, olmaz.

Yenə dəstur verdi, zibh ediblər qırmızı bir at,
Müsəlmana yəhudidən çün iza olmasa, olmaz.

Cigəri aldı şövqilən təbibin səmtinə qaçdı,
Xəbisanə dedi gər rəngi beyza olmasa, olmaz.

Qayıt, forən denən səhv etmişəm, ağ at istəyir,
Müdava etməyə eyni təmənna olmasa, olmaz.

Qərəz, əmdən o tifli yeddi dəfə getdi qaytardı,
Mülazimlər dedi bu xahişə “la” olmasa, olmaz

Məgər kimdir bu tiflin xatirinə yeddi at kəsdik,
Deyir hey gahi əbləq, gah səfra olmasa, olmaz.

Hüseynin rəngi qızardı, dedi and olsun Allaha,
Bu dərgahi kərimdir, ölü ehya olmasa, olmaz

Əsirəm bu yətimə, Zülcənahım istəsə, verrəm,
Yetimin xatiri mənzuru irza olmasa, olmaz.

Anam Zəhraya and olsun, yetimi etmərəm məyus,
Onun təslimiyəm mən hökmfərma olmasa, olmaz.

Mənimdə bir günü bəlkə balalarım yetim qaldı,
Rüqəyyəm ac yatanda nan və xurma olmasa, olmaz.

Dilində əşhədu ənnə Muhəmməd gördu cuş eylir,
Baş açıq pa bürəhnə rahpeyma olmasa, olmaz.

Qoyub üz əd-dəxil ədrikni quyan babi-ümmidə,
Dedi pak olmağa bir belə dərya olmasa, olmaz.

Nəməkzari imamətdə səgi murdarınam, Allah,
Şəfaətçim əgər dilbəndi Zəhra olmasa, olmaz.

Qərəz iqbalə baş düşdü yerə Zəhran düşən yerdə,
Dedi bu dərgəhin dərbanı Musa olmasa, olmaz.

Hüseyn pişvaz edib tez mehmani müsəlmanı,
Buyurdu dur ayağa seyri məna olmasa, olmaz.

Müsəlman oldun əlan ki, imamın qüdrətin dərk et,
İmama çeşmi dildən bir tamaşa olmasa, olmaz.

Görək gəlsin zühura qüdrətullah höccəti Allahdan
Yədi beyza Musada təcəlla olmasa, olmaz.

Dayandı ru be qiblə xazianə qibleyi aləm,

O halda çün ədayi zikr və əsma olmasa, olmaz.

Qutardı rəkətini səslənib “qumu biiznillah”

Bəli hər kəs inanmaz çeşmi bina olmasa, olmaz.

Durub atlar dolandılar Hüseynin başına əvvəl,

Müsəlləm dilsiz heyvanlar ima olmasa, olmaz.

İmamın qüdrəti əlbəttə mafoq təsəvvürdür,

Və lakin dərki feyzə dili müsəffa olmasa, olmaz.

İmamiki kəsik başı cidada başladı Quran,

Onun ecazidə mafoqi İsa olmasa, olmaz.

Hüseynin düşməni vəllahi ya kafirdi, ya nadan,

Amandır Münzəvi bu mətləb ifşa olmasa, olmaz.

Rəhim Münzəvi Ərdəbili