21 Noyabr 2024 - 21
Yandı könül mülkü sərasər bu qissədən,
Qəlbim alovlanub genə yeksər bu qissədən.
Mahi‐mühərrəm oldı əyan, ağlayar gözüm,
Ləbriz olubdı əşk ilə gözlər bu qissədən.
Vəqti‐bükadı, növhə edər külli‐kainat,
Əlan gəlübdi lərzəyə yerlər bu qissədən.
Mahi‐əza göründi, gəlür qəm nişanəsi,
Qarə geyüblə cümlə mələklər bu qissədən.
Zülm ilə Kərbəladə ölüb sərvəri‐Hicaz,
Ağlar o şahın halinə göglər bu qissədən.
Qarə çəküb məlalikələr ərş tağinə,
Kəbə batubdı qarəyə yeksər bu qissədən.
Almış əlinə Kərbübəladə əmaməsin,
Saxlar əza o çöldə Peyəmbər bu qissədən.
Geymiş qərasını şəhi‐dövran Hüseyninün,
Ağlar o çöldə Şafiyi‐məhşər bu qissədən.
Qoymuş əlin belinə deyər: vay, oğul, Hüseyn,
Döndi kəmanə qaməti‐Heydər bu qissədən.
Saxlar əza Hüseynüvə, biçarə Nadimün,
Hifz et, əmandı, Saqiyi‐Kövsər, bu qissədən.
Hüseyn Nadim Naxçıvani-Nehrəmi