22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Əməvilərin ideoloji təbliğatı
30.01.2019

Bəşəriyyət aləmində zalım və mürtəce hökumətlər nə qədər güclü olsalar da, yenə onların yaratdıqları, onlara dayaq olan ideologiyaya ehtiyac duyurlar. Başqa sözlə desək nizami qüvvədən əlavə camaatı asanlıqla özlərinə tabe etmək üçün güclü ideologiyaya da malik olmalıdırlar. Əgər xalq sağlam fikirli olub hökuməti qeyri-qanuni hökumət bilərsə, heç vaxt onun hakimiyyətini qəbul etməz. Bu baxımdan belə hökumətlərin ideologiyaya olan ehtiyacı daha aydın şəkildə büruzə çıxır.

Əlbəttə, ideologiya cəmiyyətlərin fərqli olmasına görə müxtəlif şəkillərdə ola bilər. Zalım və İslama zidd olan Bəni–Üməyyə hökumətinin də təbii ki, belə bir ideologiyaya ehtiyacı var idi. Ölkədə İslam cəmiyyəti hakim olduğundan onlar da öz cinayətlərinin üstünü şəri bəhanələrlə ört-basdır etməyə və xalqın fikrini məzhəbi təbliğatla qarışdırmağa məcbur idilər. Belə deyildi ki, Bəni-Üməyyə xalqın hökm və rəyinə qarşı etinasızlıq etsin və özlərinin cinayətlərinə qarşı xalqda oyanan fikirlərə məhəl qoymasınlar. Xeyr, onlar camaatın fikrini qəflətdə saxlamaq üçün insanların hazırkı vəziyyətini ən yaxşı vəziyyət bilib bu vəziyyətin qorunub saxlanmasına görə bir sıra ideoloji təbliğatlara ehtiyac duyurdular.

Mehdi Pişvayi