23 Noyabr 2024 - 23
Bilün, ey leşkəri üdvan, mənəm Əbbasi Əli!
Xaliqə vahidi yəzdan mənəm Əbbasi Əli!
Adım Əbbasi, Babam saqeyi-kosərdi mənim,
Cəddim ol nuri-Xuda, bil o peyənbərdü mənim,
Qardaşım ruzi-cəza şafeyi-Məhşərdi mənim,
Müddətim cəngidə bir xaliqim Əkbərdi mənim.
Cəngidə xəncəri vurram mənəm Əbbasi Əli!
Çəkərəm xəşmilə xəncər bu günü leşkərə mən,
Atəşi-suzi dəmi gör necə o kafərə mən,
Teşnədir su aparam qönçə sifət Əsğərə mən,
Yetirəm ta özümü şövqilə o kösərə mən,
Kəsilən qoç kimi qurban mənəm Əbbasi Əli!
Hökm elə leşkərüvə meydan arasın yerisin,
Yol verün Şamə tərəf leşkəri nalan yerisin,
Çəkərəm əyri qılınc su yerinə qan yerisin,
Kəsərəm başuvüzü xakilə yeksan yerisin,
Eyləyən kufəni viran mənəm Əbbasi Əli!
Tu sənin tuti qədəm üstə giriban gəzərəm,
Xuni Əkbər ötəri aləmi viran edərəm,
Qıraram leşkərüvü vəsvüvü viran edərəm,
İbni Sədi dəsəni çaki-giriban edərəm,
Od vuran leşkərə əlan mənəm Əbbasi Əli!
Qoymaram yerdə qala qani Əli Əkbərimin,
Ox boğazına batıb qönçə sifət Əsğərimin,
Kakili qanə batüb Övn ilə həm Cəfərimin,
Gözləri yolda qalıb gör necə ol sərvərimin,
Eyləyən bir qana min qan mənəm Əbbasi Əli!
Xeymədə Əhli-hərəm yari-vəfadari mənəm
Açılıb bu fələkin bil ki, vəfadari mənəm,
Yox vəfadarı Hüseynin, ona ğəmxari mənəm,
Kərbəla şahinə yavər mənəm Əbbas Əli!
Fəth edən Kərbübəladə mənəm Əbbasi Əli!
Rəhm elə ümmətə sən həşridə, ey Bari-Xuda,
Eyləyib ümmət özün Əkbərə canım fəda,
Ağlayıb Qasimə, Əbbasə tutub daim əza,
Bu sözü zikr eyləyib Seyyidü Məzlumi bəfa,
Ümmətə rəhm eləsin Heydəri Kərrar mənəm!
Rəbbani Xalxali