03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Soldu qəmdən Səfər ayında məhəbbət çəməni
02.02.2019

Peyğəmbərin (s) vəfatı və İmam Hüseynin (ə) şəhadətinə işarə:


Soldu qəmdən Səfər ayında məhəbbət çəməni
Rehlətin caməsini geydi Rəsuli-mədəni
Bəstərə düşdü qərəz ayineyi-ərşnəma
Geyinbdir qara başdan-ayağa beyti-Xuda
Məşər, Mərvə, Səfadən ucalır ərşə nəva
Çiyninə cəddi Xəlilullah alıb qarə ələm
Nuh oxuyur nohə uca sotilə ağlır zəmzəm
Alıb ətrafın əhibba hamısı dildə mühən
Baba vay səsləyib ağlardı Hüseynilə Həsən
Ərşə qozanmış idı ahü-nəva Zeynəbdən
Hərə bir noyilə ağlardı, ürək dağlardı
Ağlayan vəxtə Hüseyn orda hamı ağlardı
Qoymayın ağlaya səslərdi Peyəmbər, balamı
Salacaq çöllərdə təqdir o mükəddər balamı
Edəcək əhli-sitəm gül kimi pər-pər balamı
Balamın şişeyi-ömrün daşa düşmən çalacaq
Yarü-ənsari ölüb ərsədə yalquz qalacaq
Kufə əhli balamın üstünə ləşkər çəkəcək
Qəlbinə daği-Əli Əkbər və Əsğər çəkəcək
Əlqəmə sarı baxıb ah, o dilavər çəkəcək
Öləcək bir uca boy qardaşı qəddin əyəcək
Qəflətən alnına yorğun balamın daş dəyəcək
Ağlaşırdı hərə bir yanda qərəz Ali-Rəsul
Almış idi dizin ağuşuna Zəhrayi-məlul
Sinəsin möhnəti-hicranilə dağlardı Bətul
Qızının Xətmi-Rüsul ağladı baxdı üzünə
Həzrətin göz yaşı mərcan kimi axdı üzünə
Çəkdi bir ahi-cigərsuz dedi can Zəhra
Ağlayıb etmə yanan qəlbimi sən qan Zəhra
Gözünün yaşına canım ola qurban Zəhra
Sən mənim cismidə ay şəms həya canımsan
Çox darıxma neçə gündən sonra mehmanımsan
Qardaşın yoxdu qızım, qəm yemə çox yarın var
Mürtəza misli sənin yari-vəfadarın var
Tökmə göz yaşını, Zeynəb kimi qəmxarın var
Dözmərəm başımın üstündə fəğanın ucala
Əşkini gözdə Hüseyn məqtəlinə saxla bala
Qoymuş idi əlini sineyi-Tahayə Hüseyn
Çeşmi-həsrətlə baxırdı rüxi-babayə Hüseyn
Dedi Zəhra: əməl eylə bu təmənnayə Hüseyn
Yandırıb qəm görürəm dildə əza məşəlini
Babanın sinəsinin üstünə qoyma əlini
Can verən vəxtə, ölən qərqi-qəmü-möhnət olar
Sinəsi olsa açıq can verinin rahət olar
Sinə səngin ola gər can verənə zəhmət olar
Şahidül-eynidi bu səhnəyə nalan Zeynəb
Saxlamışdı bu sözü yadda pərişan Zeynəb
Keçdi illər yetişib vaqieyi-Aşura
Qərq olub başdan axan qanlara səhrayi-bəla
Can verir teşnə Hüseyn başda yara, sinə yara
Gördü Zəhranın evin Şimri bədəndiş yıxıb
Yarəli sinəsinə çəkmə ayağında çıxıb
Səslədi ay qəm əlindən ürəyi yarə ana
Zeynəbin bəxti kimin bəxti, günü qarə ana
Bu ağır dərdə özün gəl elə sən çarə ana
Can verir isti qum üstündə Hüseyn fikrinə qal
Sinəsindən balanın gəl ana Şimri yerə sal
Ey sepehri-əzəmət əxtəri-banuyi-əzəl
Babanın canı alan vəxtidə ol peyki əcəl
Olmadın razı Hüseyn, sinəsi üstə qoya əl
Necə dözdün balan əşrar yıxan vəxtə xanım
Yaralı sinəsinə Şimr çıxan vəxtə xanım
Nə Xudadən, nə də Tahadən utandı bu dəni
Gətdi cənnətdən o səhrayi-poraşubə səni
Soydular kufəlilər sən toxuyan pirəhəni
Gün qabağında yara peykəri üryan qaldı
At ayağında pərakəndə o reyhan qaldı

Fərhəng Xudayi Ərdəbili