27 Oktyabr 2025 - 27
O kimsələr ki, olub aşiqi‐bəla, gəlsün,
Bizimlə kim olur zəvvari‐Kərbəla, gəlsün.
O göz ki, ağlar Əli Əkbərün fəraqinə,
Əyalü itrətini eyləyüb vida, gəlsün.
Hüseynün eşqi edüb əhli‐eşqi divanə,
Bəla çölündə olan qabili‐bəla, gəlsün.
O kəsləri ki, yolun gözlər həzrəti‐Əbbas,
O şahdən olacaq dərdinə dəva, gəlsün.
O kəsləri ki, gəzər Əkbərün sorağində,
O növcəvanə edən nəqdi‐can fəda, gəlsün.
Hüseyni‐təşnəcigər Əsğəri qucağında,
Gözətləyir rəhi‐zəvvari‐Kərbəla, gəlsün.
O qəbri‐paküvə pərvanə olmağa Nadim,
Yetirmə xarici rah, rahi‐Kərbəla gəlsün.
Hüseyn Nadim Naxçıvani - Nehrəmi
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto